Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1988
09.01.2024, 12:07
“O jurnalist heç nədən məni biabır etdi. Telefonum susmur. Hamı zəng edib yas yerində baş verənlərlə bağlı soruşur”.
Oxu24.com xəbər verir ki,bunu AzVision.az -a tar ifaçısı, mahir muğam bilicisi Elxan Müzəffərov əməkdar artist Aygün Bəylərin yas mərasimində İTV-nin jurnalisti ilə arasında baş verən səs-küylü hadisədən danışarkən deyib.
“Mənim kefim yox idi. Əziz adamım rəhmətə gedib, içim titrəyirdi. Uşaqlıqdan Aygünün üstündə əsmişəm, nə lazımdırsa etmişəm. İndi dəfn yeridir də. Camaat ağlaşırdı, hamının qanı qara idi. Həmin jurnalist mənə yaxınlaşıb dedi ki, Aygün haqqında danışım. Ona cavab verdim: “Mən heç nə deyə bilmərəm. Xahiş edirəm, gedin başqasından müsahibə götürün”.
Istəmirəm də. Jurnalist isə heç nə demədən arxa-arxaya getdi. Burada nə var ki, sən məni bütün Azərbaycana biabır edirsən. Mən nə tərbiyəsizlik etmişəm?! Onu incitmişəm, ya ağır, nalayiq söz demişəm?! İstəmirəm də. Zorla danışdıracaqsan? Danışacaq vəziyyətdə deyildim.
Özümə gələndən sonra qəbir üstündə Xəzər televiziyasına danışdım. Hər yerdən mənə zəng edirlər ki, nə baş verib? Deyirəm, məgər məni tanımırsınız?
O qız məni tanımır, heç olmasa yaşıma baxardı da, ayıbdır axı. Mən həmin jurnalistdən soruşdum:“Məni səninlə kim tanış edib ki, durub gəlmisən”. Bilmək istəyirdim də. Cavab verərdi də. Deyərdi ki, filankəs tanış edib və yaxud da etməyib də . Heç nə demədən çıxıb getdi. İndi də məni pisləyir.
O qızı görsəniz deyin ki, Elxan Müzəfərrov bunlara layiq adam, sənətkar deyil. Tanımırsan, ancaq linç edirsən. Birinin üstünə beşini qoyub təqdim etmək adamı vurmaqdır”, -tarzən bildirib.
Qeyd edək ki, Əməkdar artist Aygün Bəylərin yas mərasimi zamanı İTV telekanalının əməkdaşı tarzənə yaxınlaşaraq ondan mərhum müğənninin nəyi olduğunu soruşub . Tarzənin isə cavabı belə olub: “Mən onun nəyiyəm? Məni haradan tanıyırsınız ki, yaxınlaşmısınız”. Jurnalist yenidən A. Bəylərin qohumu olub olmadığını dəqiqləşdirməyə çalışıb və onun haqqında danışmasını xahiş edib. Tarzən isə ona:”Səni mənim üstümə kim göndəriib?”,- deyə cavab verib. Bundan sonra jurnalist oradan uzaqlaşıb.
01:31 / 29 Noyabr 2026
1
01:22 / 29 Noyabr 2026
46
00:11 / 29 Noyabr 2026
117
23:56 / 28 Noyabr 2026
254
23:47 / 28 Noyabr 2026
114
23:36 / 28 Noyabr 2026
398
23:13 / 28 Noyabr 2026
141
22:57 / 28 Noyabr 2026
133
22:29 / 28 Noyabr 2026
146
22:11 / 28 Noyabr 2026
134
22:01 / 28 Noyabr 2026
139
21:50 / 28 Noyabr 2026
156
21:34 / 28 Noyabr 2026
147
21:22 / 28 Noyabr 2026
164
20:57 / 28 Noyabr 2026
236
20:40 / 28 Noyabr 2026
180
20:24 / 28 Noyabr 2026
173
20:16 / 28 Noyabr 2026
181
20:04 / 28 Noyabr 2026
188
19:43 / 28 Noyabr 2026
196
19:36 / 28 Noyabr 2026
189
19:20 / 28 Noyabr 2026
178
19:08 / 28 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.