Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100126
az

Bayram günü doğulan ŞƏHİDLƏRİMİZ

10:2031 Dekabr, 2023
636
ÖZƏL BÖLÜM
  • A

Oxu24.com  bu gün doğum günü olan şəhidlərimiz haqda məlumatı təqdim edir:

Toğrul Bayram oğlu Abbasov 1990-cı il, dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. Anasını kiçik yaşlarında itirib. Vətən ona hər iki mənada ana olub. Vətənə, torpağa olan sevgisi onu hərbçi peşəsinə bağlayıb. N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündə şəhid olub. Şəhidin atası Bayram Abbasov bildirib ki, Toğrulun ən böyük arzusu işğalda olan torpaqlarımızın azad edilməsi idi: "Öz arzusuna çatdı. Onu heç kəs məcbur etmədi. Torpaqları yağı düşməndən azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyirdi. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid oldu".Toğrul Abbasov 7ay əvvəl ailə həyatı qurmuşdu. Ata olmağa hazırlaşırdı. Bu barədə şəhidin bibisi Asya Şəmmədova danışıb: “Övladını görmək nəsib olmadı. Arzusu var idi, əgər qızı olarsa, adını Yağmur qoyacaqdı. Biz onun arzusunu yerinə yetirdik. Vətən sağ olsun".Şəhidin qardaşı Cavad Abbasov Toğrulun mərd, cəsarətli, vətənpərvər olmaqla yanaşı, həm də ailəcanlı olduğunu qeyd edib: "Axırıncı dəfə atamla danışanda deyib ki, hər şey yaxşıdır. Narahat olmayın. Vətən müharibəsinin ilk günündə şəhid oldu. Mən qardaşımla fəxr edirəm", - deyə Cavad bildirib. Toğrul Abbasov doğulub boya-başa çatdığı doğma kəndində dəfn olunub. Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

44 günlük Vətən Müharibəsində şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Şahlar Nağıyevdir. Şahlar 31 dekabr 1987-ci ildə Gəncədə, Kəpəz rayonunda anadan olub. Müharibə zamanı artilleriya taqımının baş sürücüsü kimi hərbi xidmətini yerinə yetirib. Tərtər rayonun Əskipara kəndi istiqamətidə döyüş yolu keçib. 2020-ci il oktyabrın 2-də Tərtər rayonun Əskipara kəndi istiqamətində düşmən təxribatının qarşısını alarkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

Namiq Natiq oğlu Quliyev 1994-cü il dekabrın 29-da Bakı şəhərində anadan olub. Ailənin yeganə övladı idi.

 

1996-cı ildə Namiq Quliyevin 2 yaşı olanda Quliyevlər ailəsi Moldovanın Kişinyov şəhərində yaşamağa başlayırlar. 2000-ci ildə Kişinyov şəhərində N. Qoqol adına Liseyin birinci sinfinə qəbul olan Namiq Quliyev, 2005-ci ilə qədər orada təhsil alıb. 2005-ci ildə Namiq Quliyevin anası Gülarə Quliyeva oğlunu məhz Azərbaycanlı ruhunda böyütmək istədiyindən, onunla birgə Moldovadan Azərbaycana qayıtmaq qərarına gəlir. Vətənə döndükdə ən böyük istəyi Azərbaycan dilini mükəmməl səviyyədə öyrənmək olan Namiq, qısa müddətdə buna nail olur. Namiq Quliyev təhsilini 2 nömrəli Texniкi Humanitar Liseydə davam edib və 8-ci sinfə qədər burada təhsil alıb. 9-11-ci siniflərdə Zərifə Əliyeva adına Liseydə təhsil alıb və 2012-ci ildə məzun olub. 2012-ci ildə M.V.Lomonosov adına Mosкva Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat" fakültəsinə daxil olan Namiq Quliyev, 2016-cı ildə "Kompüter elmləri" ixtisası üzrə ali təhsilini başa vurub. Hərbi xidmətini başa vurduğdan sonra "Uber" və "Simbrella" firmalarında çalışıb

hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə artilleriyaçı olub və çavuş rütbəsi alıb. Namiq Quliyev hərbi xidmət zamanı da fərqlənib. O, aztəminatlı ailədən olan və bu səbəbdən universitetə qəbul ola bilməyən əsgərin birinə 12 ay ərzində riyaziyyat fənnindən dərs verib. Nəticədə həmin əsgər hərbi xidmətini başa vurduqdan sonra ATU-ya qəbul oldu.

 

Azərbaycan Ordusunun çavuşu olan Namiq Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qanunlara əsasən, tək övladlara edilən mümkün güzəştlərin ona olunmaması üçün, ailəsində tək övlad oluğunu hər kəsdən gizlədib, könüllü olaraq ön cəbhədə vuruşub.

 

Namiq Quliyev noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra  "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Ruslan Amiraslan oğlu Sadıqov 1987-ci il dekabrın 31-də Şəki rayonunun Cəfərabad kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Sadıqov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Ruslan Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Ruslan Sadıqov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ülvi Natiq oğlu Həsənov 2001-ci il dekabrın 31-ində Mingəçevir şəhərində anadan olub. 2008-2019-cu illərdə Mingəçevir şəhər 17 saylı məktəbdə orta təhsil alıb. Məzun olduqdan sonra Ağdam Dövlət Sosial-iqtisadi Kollecinin "Maliyyə işi" ixtisasına qəbul olunub. Avarçəkmə üzrə Gənclər İdman Məktəbinin üzvü idi. Şahmatla da məşğul olurdu. Müxtəlif yarışmalarda uğurla iştirak edib, diplom və medallarla təltif edilib.2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə kəşfiyyatçı kimi yetişib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmək, ön cəbhəyə getmək üçün ailəsindən xəbərsiz könüllü olaraq müraciət edib. Müraciəti qəbul edilib və Ülvi Həsənov ön cəbhəyə yollanıb. Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Ülvi Həsənov 11 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ülvi Həsənov şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlib. Canından Vətənimə can verib VƏTƏNLƏŞİB.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı, Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı, Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu