Mətanət İsgəndərli əməliyyatla dəyişdi - FOTO
14 Noyabr 2025, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1440
21.11.2023, 22:01
Bu gün sizə sehirli bitkidən güldəfnədən danışacağam. Azərbaycanda bəzi insanların hilba dedikləri, əsl adı isə samanlıq güldəfnəsi olan bu bitkinin faydalarını eşidəndən sonra, əminəm ki ondan elə bu gün istifadə etməyə başlayacaqsız. Diqqətiniz məndə olsun.
Güldəfnə toxumu bir enerji mənbəyidir, kimyəvi tərkibinə diqqət yetirəndə o qədər zəngin bir tərkibi vardır ki, bu zənginlik bitkini müxtəlif xəstəliklərin müalicəsində istifadə etməyimizə imkan verir. Zəifləmiş bədən boydan balaca orqanizm, dəmir çatışmazlığı, kalsium çatışmazlığı, əzələ ağrıları, əzələ qıcolmaları, yorğunluq, iştahsızlıq, cinsi zəiflik, adət (aybaşı) pozğunluqları, sonsuzluq, öskürək, xroniki bronxit, bağırsaq təmbəlliyi, qasdtrit, kolit, klimaks pozğunluqları, klimaks dövründəki bədən istiləşməsi, klimaks dövründəki kalsium itkisinin qarşısını almaq üçün güldəfnə əsl kalsium mənbəyidir.
Güldəfnə əsl antioksidant mənbəyidir. Həm xoş xassəli, həmdə bəd xassəli şişlərin müalicə və profilaktikasında güldəfnə faydalıdır. Zəngin antioksidantlar həmdə bədəni sağlamlaşdırır, bədəni sərbəst radikallardan təmizləyir. Antioksidantlar həmdə ziyanlı xolesterinin miqdarını azaldırlar. Güldəfnə qaraciyərin dostudur desək yanılmarıq. Güldəfnə qaraciyərin yüksəlmiş olan bütün fermentlərində faydalıdır. Güldəfnə qaraciyərin filtr qabiliyyətini yüksəldir. Tərkibindəki antioksidantlar və beta karotinlər dəri və gözlər üçün olduqca faydalıdırlar. Bizim eradan əvvəl 2000-ci illərə aid yazılı mənbələrdə adı keçir.
Güldəfnə bitkisinin boyu 35-40 sm olur. Sarı çiçəklərə, kiçik yarpaqlara sahib bitki çoxillikdir. Mətbəxdə, kosmetologiyada istifadəsilə yanaşı, tibbi baxımından da önəmlidir. Adətən, toxumları qurudulur, üyüdülür, toz formasında istifadə edilir. Yarpaqları isə bişirilərək yeyilir. Onun faydaları isə bunlardır.
- Mədə iltihablanması, mədə xorası kimi problemlərin aradan qaldırılmasına kömək edir;
-Tərkibindəki lif sayəsində qəbizliyin qarşısını alır;
-Xolesterol səviyyələrini nizamlayır;
-Yüksək miqdarda antioksidantlara malik olan bitki immun sistemini dəstəkləyir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır;
-Ağızdakı yaralar, mədə yanması, bronxit, vərəm, dəri infeksiyaları, xərçəng növləri və böyrək xəstəliklərinin müalicəsində önəmli rolu var;
-Kişilərdə testosteron səviyyəsini yüksəldir. Cinsi aktivliyi artırır;
-Süd verən qadınların südünü çoxaldır;
-Xörəklərə xüsusi ətir verir;
Həmçinin oxuyun
-Yüksək qida dəyəri ilə məşhur olan güldəfnə iştahı artırır, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır;
-İdman edənlərin tez yorulmasına mane olur;
-Bəlğəmgətirici xüsusiyyəti ilə xroniki öskürək və boğaz ağrıları zamanı istifadə edilir;
-Mədəaltı vəzinin insulin ifraz etməsini nizamlayan bitki şəkər xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırır;
-Qadınlarda estrogen hormonunun ifrazını artırır. Bu da klimaks dönəminin daha rahat keçməsini təmin edir;
200 qram güldəfnə toxumlarını bir gün suda saxlayın, sonra sərib daha bir gün saxlayın sonra ət maşından keçirib 1 kq bal ilə qarışdırın. Bu məcundan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 dolu çay qaşışğı yeyin. Çox əla bir boy artırıcıdır bu məcun həm kişilərdə və həmdə qadınlarda cinsi zəiflikdə faydalıdır. Sonsuzluğun müalicəsində bu məcun çox faydalıdır. Göz zəifliyində, yorğunluqda yaddaş zəifliyində,ağrılı klimakslarda, çox tərləmələrdə, təzyiqin düşməsində, qan azlığında olduqca faydalıdır. Bu məcun qadınların süd vəzilərini böyüdür. Qadınların bud və baldır hissələrini dahada ətləndirir.
Güldəfnənin təkibindəki zəngin sellüloza qəbizliyin qarşısını alır, bağırsaq təmbəlliyinin qarşısını alır, babasilin müalicəsində faydalıdır. Güldəfnədən hazırlanmış çay qanda şəkərin səviyyəsini azaldır, ana südünü artırır, əsəb sakitləşdirici və yuxunu dərinləşdirici bir təsir göstərir. Güldəfnə çayının ac qarına ilıq vəziyyətdə gündə 3 dəfə içilməsi ezofaitlərdə (qida borusu yanması), qastritlərdə (mədə divarının iltihablaşması) və 12 barmaq bağırsaq divarının erroziyalarında çox faydalıdırlar.
Bitkidə diosgenin adlı maddə var. Diosgenin orqanizmə daxil olduqda ondan steroid hormonlar və estrogen sintez edilir. Həmçinin, diosgen hormonal balansı tənzimləyir. Estrogenin qadın orqanizmindəki ən önəmli rolu döşü böyütməsidir. Hamiləlik əleyhinə dərmanların əksəriyyətinin tərkibində estrogen var. Bu həblərin əks təsirləri sırasında döşün həddən artıq böyüməsinə, orqanizmdə ödəmlərin peyda olmasına rast gəlinir.
Güldəfnədən hazırlanan çay müntəzəm şəkildə içildikdə döşlərdə böyümə müşahidə edilir. Güldəfnə toxumları üyüdülür, toz halında barmaqların ucunda götürülür, döş masaj edilir. Döş toxumaları tozu mənimsəyərək böyüyür.
19:55 / 14 Dekabr 2025
1
19:50 / 14 Dekabr 2025
7
19:36 / 14 Dekabr 2025
19
19:27 / 14 Dekabr 2025
59
19:22 / 14 Dekabr 2025
33
18:57 / 14 Dekabr 2025
1476
17:55 / 14 Dekabr 2025
623
16:45 / 14 Dekabr 2025
1089
15:41 / 14 Dekabr 2025
849
15:09 / 14 Dekabr 2025
78
14:56 / 14 Dekabr 2025
175
14:08 / 14 Dekabr 2025
2083
13:58 / 14 Dekabr 2025
103
13:27 / 14 Dekabr 2025
120
13:18 / 14 Dekabr 2025
98
13:09 / 14 Dekabr 2025
136
12:54 / 14 Dekabr 2025
520
12:18 / 14 Dekabr 2025
1074
12:06 / 14 Dekabr 2025
2284
11:38 / 14 Dekabr 2025
107
11:30 / 14 Dekabr 2025
769
11:22 / 14 Dekabr 2025
83
10:43 / 14 Dekabr 2025
1114
10:33 / 14 Dekabr 2025
133
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.