Azərbaycan efirində ərindən qaçan gəlinin görünüşü aparıcını şoka salıb.
Oxu24.com xəbər verir ki, arvadı Vəfanın axtarışına çıxan Kənan adlı şəxs onun toyda çəkilmiş, ən gözəl fotosunu verilişə axtarış üçün təqdim edib. “Səni axtarıram” verilişi sayəsində tapılan qadının görünüşü hər kəsi təəccübləndirib. Belə ki, pis vəziyyətdə və dişləri tökülmüş gəlin ərinin yalan danışdığını bildirib. Vəfanın sözlərinə görə, əri heç də dediyi kimi ona yaxşı baxmayıb, hətta işgəncələr verib. Qadın evdən qaçaraq Bakıya gəldiyini və burada bir yaşlı qadının ona sahib çıxdığını qeyd edib.
Kənan isə əsəbiləşərək arvadının verilişə xalası oğlu ilə birlikdə gəldiyini söyləyib.
“Soruşun, görün verilişə kiminlə gəlib? Dünən tutdum. Xalam oğlu ilə gəlib verilişə”. Qadı isə ərinin onun və qızının başını kəsəcəyi ilə hədələdiyini söyləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Xəzər” televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan “Səni axtarıram” verilişinə müraciət edən Kənan adlı şəxs həyat yoldaşının evdən qaçdığını bildirib.
Vəfa Nəcəfovanın bir neçə ay əvvəl başqa bir kişi ilə də qoşulub qaçdığı məlum olub. Onun əri Kənan bildirib ki, qayınatasının xahişi ilə arvadını yenidən bağışlayaraq birlikdə yaşamağa başlayıb:
“Həmin vaxtlar mənim üçün çox ağır günlər idi. Anam ağır xəstə yatırdı. Qayınatam da xahiş etdi ki, bağışlayım. Mən də uşağıma görə bağışladım”.
Oxu24.com
ŞƏRHLƏR