Space televiziyasının efirində qeyri-etik ifadələr səsləndirilib.
Oxu24.com Femida.az -a istinadən xəbər verir ki, Space TV-də yayımlanan "Gəl dərdini danış" verilişinin 19.11.2018-ci il tarixli buraxılışında anonslar zamanı efirə qeyri-etik ifadələr verilib. Ailə münaqişəsini təqdim edən aparıcı tərəflər arasında baş verən əlbəyaxa dava zamanı aralıqda qalıb. Tərəflər mübahisə zamanı bir-birlərinin ünvanına efir mədəniyyətinə sığmayan ağır söyüşlər səsləndirib. Həmin söyüşlər açıq şəkildə efirə verilib. Qeyd olunan kadrları təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR