Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8293
az

DİQQƏT! Bu şəxsləri böyük miqdarda cərimələr gözləyir +VİDEO

12:3026 Dekabr, 2018
934
OXU24 TV
  • A
 Gələn il yanvarın 1-dən Vergilər Məcəlləsində təklif edilən dəyişikliklər qüvvəyə minəcək.

Oxu24.com -un   məlumatına görə, vergilər nazirinin müavini Sahib Ələkbərov yeniliklərlə bağlı məlumat verib.

Onun sözlərinə görə, sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilib. Mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi vergidən azad edilir.

Ofisiant, bərbər, dərzi fəaliyyəti ilə məşğul olan şəxslər gəlirindən asılı olmayaraq sabit qəbz sisteminə keçirilirlər. Əmək müqaviləsi imzalamadan işçiləri işə cəlb edən işəgötürən birinci dəfə 2 min, ikinci dəfə 4 min, növbəti dəfələrdə 6 min manat cərimə olunacaq. Nazir müavini onu da bildirib ki, daş karxanalarına bundan sonra kosmosdan nəzarət ediləcək.

Bundan əlavə, gələn ayın 1-dən etibarən ilk dəfə olaraq bir sıra məhsulların üzərinə məcburi nişanlanma kodu vurulacaq. Məqsəd məhsulların uçotdan yayındırılmasının, eləcə də bazara saxta məhsulların daxil olmasının qarşısın almaqdır. Belə ki, bu kod vasitəsilə məhsul istehsaldan istehlaka qədər nəzarətdə olacaq. Məcburi nişanlama kodunun hansı məhsullara tətbiq ediləcəyi hələ ki, müzakirə edilir. Dərman preparatlarının satışına da nəzarət gücləndiriləcək.


Sahib Ələkbərov onu da qeyid edib ki, bir sıra sahələrdə tətbiq edilən vergi güzəştləri qarşıdakı illərdə də davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın namaz qılarkən qapı açıldı, onun başına gələnlərə inanmayacaqsınız-VİDEO
Sosial yardım almaq istəyənlərə şad xəbər: Artıq bu tələb yoxdur +VİDEO
Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ