Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8069
az

İki yaşlı körpənin əməliyyatı üçün yığılan pullar oğurlandı - Bakıda insanlığa yaraşmayan olay

23:1218 Dekabr, 2018
1039
OXU24 TV
  • A
 2 yaşlı qızın müalicəsi üçün yığılan pullar oğurlanıb.

Hadisə ötən gün paytaxtın Xətai rayonu Gəncə prospekti ev 67, mənzil 21 ünvanında qeydə alınıb. Ev sahibi Könül Məmmədova deyir ki, ötən gün günorta saatlarında evdən çıxıblar. Axşam geri qayıdarkən evlərinin qarət edildiyini görüblər.

Könül Məmmədovanın sözlərinə görə, iki yaşlı qızı Nərgiz Məmmədova bir neçə vaxtdır ki, əzələ əriməsi xəstəliyindən əziyyət çəkir. Xarici ölkədə müalicəsi olduğundan yaxınları və xeyir sevər insanların köməyi ilə Nərgiz üçün hesab açılaraq pul yığılıb. Zərərçəkmiş deyir ki, uşaq üçün yığılan pullar bank hesabında saxlanılır. Oğurlanan təxminən 20 min manatdan çox məbləğ son bir neçə gündə yığılıb.

Qeyd edək ki, həmin naməlum şəxslər evdən ancaq pul götürüb. Baxmayaraq ki, mənzildə qızıl sırğa və digər zinət əşayalar da olub. Zərərçəkmişlər dərhal ''102'' xidmətinə də məlumat veriblər. Hadisə yerinə gələn 35-ci polis bölməsinin əməkdaşları əl-barmaq izləri götürüblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın namaz qılarkən qapı açıldı, onun başına gələnlərə inanmayacaqsınız-VİDEO
Sosial yardım almaq istəyənlərə şad xəbər: Artıq bu tələb yoxdur +VİDEO
Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ