Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ürək dağlayan mənzərə: Ayağı qırılmış kişi 5 gündür küçədə ac qalıb + VİDEO

ŞOU-BİZNES

1264

02.11.2018, 15:32

 Yasamal rayonunda ayağı qırılmış kimsəsiz kişi sakinlərin sayəsində xilas edilib. Oxu24.com xəbər verir ki, sakinlərin Bizimyol.info-ya verdiyi məlumata görə, kimliyi məlum olmayan şəxs bir neçə gündür Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən yaşayış binalarının yaxınlığında gecələyir. Sakinlər onun bir neçə gündür yemək yemədiyini, hətta verilən yeməkləri qəbul etmədiyini bildiriblər. Nəhayət 5 gündür yemək yeməyən şəxslə bağlı təcili tibbi yardım xidmətinə müraciət edilib. Sakinlər bildiriblər ki, 60-65 yaşlarında olan şəxs artıq aclıqdan danışa da bilməyib.