Qaynar xətt:

(+99450) 247 90 86

Gizli kameraya düşən görüntülər hər kəsi şok etdi: Evə girən oğrular görün nə etdi

Gizli kameraya düşən görüntülər hər kəsi şok etdi: Evə girən oğrular görün nə etdi

ŞOU-BİZNES

680

06.02.2022, 16:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə qəribə oğurluq hadisəsi baş verib. Belə ki, soyğun zamanı oğrular oyanmış uşağı yatızdırıb, işlərinə davam ediblər.

Məlumata görə hadisə İstanbulda baş verib: Üç oğru gecə saatlarında A.K-nın evinə girib. Onlardan biri ev sahibinin doqquz yaşlı oğlunun yatdığı otağa girib. Uşaq səsə oyanıb, oğru isə ona, "Tamam, heç nə olmayıb, sən yat", - deyib, sonra da məktəblinin notbukunu və oyun konsolunu götürərək otaqdan çıxıb.

Soyğunçular evdən qaçdıqdan sonra uşaq yatmış ailəsini oyadıb və baş verənləri danışıb. Ev sahibi dərhal polisə xəbər verib. Hüquq mühafizəçilərin iştirakı ilə təhlükəsizlik kamerasında olan görüntülərə baxılıb. Videoda oğruların binaya daxil olması və əllərində elektron avadanlıqlarla çıxması əks olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Oxu24.com  həmin kadrları təqdim edir.