Könül Kərimova peşmandır
07 Noyabr 2026, 18:52
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2063
06.11.2021, 20:13
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı növbəti silsilə əməliyyatlar həyata keçirilib. Nəticədə cibgirliklə məşğul olan 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
DİN-dən Oxu24.com-a verilən məlumata görə, əməliyyatlar zamanı əvvəlcə paytaxtın Nizami rayonunda avtobuslarda cibgirlik edən Salman İbrahimov, onunla birlikdə eyni əməlləri törədən İlqar Bağırov, Emil Məmmədov və Elçin Əliyev tutulublar. Həmin şəxslərin ətraflarında həyata keçirilən tədbirlərlə onların ayrı-ayrı vaxtlarda Nizami rayonunda müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda 10-a yaxın qadın sərnişinin cibindən və çantasından mobil telefonlar oğurladıqları məlum olub.
Qeyd edək ki, onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.
Baş İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən əməliyyat zamanı isə avtobuslarda cibgirlik edən Bədəl Hüseynov və Elman Bəndəliyev də saxlanılıblar. Bu şəxslərin əsasən avtobuslarda insanların sıx olduğu saatlarda 7 qadının çantasından pul kisəsi və mobil telefonlar oğurladıqları müəyyən edilib. Onlar cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra orada olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər. Bu şəxslərin də törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb.
Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı da avtobuslarda cibgirliklə məşğul olan Nəsimi Babayev, onunla birgə əlbir olan Azər Misdimov, Elman Əliyev və Adil Hüseynov saxlanılıblar. Onların avtobuslarda etdikləri cibgirliklər toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib.
Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonunda keçirilən əməliyyatlar zamanı isə İsa Əliyev və Tural Məmmədov avtobuslarda cibgirliklə məşğul olduqları üçün saxlanılıblar. Bu şəxslərin ictimai nəqliyyatda 4 qadının çantasından cibgirlik yolu ilə pul kisəsi oğurladıqları müəyyən edilib. Saxlanılan zaman Tural Məmmədovun üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Onların da törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Bu şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Cibgirlik etdikləri üçün saxlanılan 12 nəfərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti-Zəng Mərkəzinə və məlumat verə bilərlər.
Sonda qeyd edək ki, cibgirlik etdikləri üçün saxlanılanların hər biri əvvəllər dəfələrlə məhkum olunublar və tutulan zaman hər birinin üzərindən müxtəlif növ narkotik vasitələr aşkar edilib.
12:03 / 09 Noyabr 2026
49
11:56 / 09 Noyabr 2026
37
11:56 / 09 Noyabr 2026
50
11:43 / 09 Noyabr 2026
56
11:37 / 09 Noyabr 2026
138
11:34 / 09 Noyabr 2026
60
11:30 / 09 Noyabr 2026
55
11:22 / 09 Noyabr 2026
73
11:09 / 09 Noyabr 2026
179
11:05 / 09 Noyabr 2026
109
10:55 / 09 Noyabr 2026
160
10:51 / 09 Noyabr 2026
304
10:44 / 09 Noyabr 2026
147
10:38 / 09 Noyabr 2026
200
10:30 / 09 Noyabr 2026
118
10:27 / 09 Noyabr 2026
103
10:10 / 09 Noyabr 2026
176
10:09 / 09 Noyabr 2026
196
10:00 / 09 Noyabr 2026
229
09:36 / 09 Noyabr 2026
1308
09:26 / 09 Noyabr 2026
111
09:19 / 09 Noyabr 2026
149
08:46 / 09 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.