Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda tutulan qadın görün kim imiş: 20 il...

Azərbaycanda tutulan qadın görün kim imiş: 20 il...

ŞOU-BİZNES

1205

09.10.2021, 09:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Turac Məmmədova və daha 9 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın həbs həyatı yaşamış Turac Məmmədova Sumqayıt şəhəri "Ceyranbatan bağları” yaşayış massivində saxlanılan zamanı üzərində narkotik vasitə olan heroin aşkarlanıb.

Oxu24.com  xəbər verir ki, 58 yaşlı Turac Məmmədovanın yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdarda müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb. T. Məmmədova saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirilərək istintaqa cəlb edilib. T. Məmmədovanın qızı və oğlu da hazırda məhkumluq həyatı yaşayırlar. Onun həyat yoldaşı isə illər öncə külli miqdarda narkotik vasitə ilə saxlanılaraq məhkum olunub və həbsdə vəfat edib.

Qeyd edək ki, T. Məmmodova "Cibgir Tutu" kimi tanınır.

Digər bir əməliyyat tədbiri nəticəsində isə 32 yaşlı Nuriyyə Əhmədova saxlanılıb. N. Əhmədova Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində narkotik vasitə satmaq istəyərkən tutulub. 

Faktlarla bağlı araşdırma aparılır. (apa)