Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
09 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
7660
03.04.2021, 18:45
Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrdə komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatlarının planlaşdırılması hərbi qərar qəbuletmə prosedurlarına uyğun olaraq keçirilib.
Praktiki fəaliyyətlərə cəlb edilmiş tabor taktiki qurupunun bölmələri şərti düşmənin həmləsini dəf edərək onun canlı qüvvəsinə, zirehli texnikasına atəş zərbələri endirməklə hücum edən bölmələr üçün əlverişli şərait yaradıblar.
Təliminin sonuncu mərhələsi qəbul edilmiş qərarların, aparılmış hesabatların reallığının, bölmə komandirləri tərəfindən fəaliyyətlərin Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib. Kompüterlər vasitəsilə bölmə komandirləri ərazinin relyefindən istifadə etməklə düşmənə yaxınlaşma, manevr bölmələrinin atəş təminatı və yaranmış taktiki şəraitdə çevik qərar qəbuletmə bacarıqlarını təkmilləşdiriblər.
Təlimin sonunda fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub və qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.
23:40 / 12 Noyabr 2026
36
23:34 / 12 Noyabr 2026
41
23:24 / 12 Noyabr 2026
139
23:20 / 12 Noyabr 2026
58
23:19 / 12 Noyabr 2026
25
23:18 / 12 Noyabr 2026
63
23:12 / 12 Noyabr 2026
62
23:03 / 12 Noyabr 2026
74
23:02 / 12 Noyabr 2026
156
22:59 / 12 Noyabr 2026
71
22:55 / 12 Noyabr 2026
81
22:49 / 12 Noyabr 2026
94
22:40 / 12 Noyabr 2026
77
22:24 / 12 Noyabr 2026
139
22:21 / 12 Noyabr 2026
87
22:13 / 12 Noyabr 2026
100
21:55 / 12 Noyabr 2026
94
21:39 / 12 Noyabr 2026
102
21:26 / 12 Noyabr 2026
1136
21:19 / 12 Noyabr 2026
113
21:04 / 12 Noyabr 2026
108
20:55 / 12 Noyabr 2026
361
20:42 / 12 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.