Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi  yeni  video  yaydı

ŞOU-BİZNES

1435

24.12.2020, 19:06

Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir.

Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur.

Eyni zamanda əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.