Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3635
az

Gəncədə təxribat törədən hicablı qadın kimdir? - Sensasion faktlar +

13:1113 İyul, 2018
7189
OXU24 TV
  • A
 10 iyulda Gəncədə baş verən olaylar zamanı hadisə yerindən təxribat xarakterli, qızışdırıcı video yayan “Hədəf14” saytının əməkdaşı Xatun Etibarqızı barədə məlumat vermişdik.Özünü jurnalist kimi təqdim edən xanım məlum videoya görə saxlanılıb, polisə ifadə verdikdən sonra sərbəst buraxılmışdı. Videoda heç bir reallığa uymadığı halda polisin küçədə bibər qazı sıxdığını iddia etmişdi.

Nə videoda, nə də bu fotoda nə polis, görünür, nə də bibər qazı.



Aşağıda gördüyünüz fotolar Türkiyədə etirazlar zamanı çəkilib. Bibər qazı sıxılma dedikdə məhz bu nəzərdə tutulur və sıxıldıqdan sonra ortada bu cür dumanabənzər görüntü yaranır:

 

Bu gün isə həmin xanım “facebook” hesabından belə bir paylaşım etdi:



“Böhtanlarınız məni intihar həddinə çatdırdı. Adınızı yazmayacam kimlərsiz son anda da yaxşılıq edəcəm, istəmirəm polis qapısında çürüyəsiniz amma özünüz gözəl bilirsiniz kimlərsiniz. Görünür qarayaxmada iddialısız. Ömürboyu vicdan (vicdanınız varsa) əzabı çəkərsiz şər atıb bir insan həyatını qaraltdığınız üçün. Etdiyiniz bütün pislikləri Allah sizə yaşadacaq. Üzərindı haqqı olanlar, haqqınızı halal edin”.

Maraqlıdır ki, üzərindən qısa müddət sonra başqası yazırmış kimi (yazı tərzi fərqli idi) “Xatun yaxşıdı, həkim çağırmışıq” ifadələri paylaşıldı.

Özünü cəmiyyətə məsum göstərməyin yolu intihardan keçmir.

 

Femida.az saytı əvvəlki mövqeyində qalır və məlum video və paylaşımların təxribat xarakterli olduğuna tərəfdardır. Adicə tank, BTR sözünü işlətmək təxribatı qığılcımlandıran amillərdir. Meydanda tank, BTR görünmür demək belə, insanların beynində panikaya səbəb ola bilər. Yəni hələ ki, BTR yoxdur, amma birazdan ola bilər.

Son olaraq, saytımız Xatun Etibarqızı haqqında bəzi məqamları üzə çıxarıb. Tam adı Əliyeva Gülxatun Etibar qızı olan bu xanım 1987-ci ilin 20 oktyabrında doğulub. Sumqayıtda, Corat qəsəbəsində yaşayır. Maraqlıdır ki, hadisədən 2 gün əvvəl Xatun xanım “facebook” hesabından Gəncədən video paylaşır. Bir sözlə xanım bir müddətdir Gəncədə imiş. Aldığımız məlumatlara görə, hətta Gəncədə kirayə ev tutub. Sual yaranır: Niyə Sumqayıtda yaşadığın halda Gəncədə kirayə ev tutub ora köçəsən? Təbii ki, dəqiq iddia etmək olmasa da, baş verəcəklərdən əvvəlcədən xəbəri olan insan günlər öncədən Gəncədə kirayə ev tutub bu şəhərə köçə bilərdi. Ki, hadisələri istədiyi formada təqdim edə bilsin.

 
Femida.az Gəncə hadisələrini və bu hadisələrlə bağlı təxribat yarada biləcək istənilən məsələni diqqətdə saxlayacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 ildir psixiatriya xəstəxanasında yaşayan qadının ağrılı ömür hekayəsi :Anasını axtarır
Prezidentlə görüşən Həcər nənə gizlinləri açdı:
Baqaj üçün əlavə ödəniş istənildi, yolda qaldı - Azərbaycanda kuryoz olay

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi