Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36318
az

Nyu-Yorkda yaşayan azərbaycanlılar ayağa qalxdı  -  VİDEO

01:5425 İyul, 2020
918
OXU24 TV
  • A

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Aksiya iştirakçılarının Oxu24.com-a  verdiyi açıqlamaya görə, Birləşmiş Millətlər Təşkilatının binası qarşısında keçirilən aksiya daha sonra Ermənistanın Nyu-Yorkdakı nümayəndəliyi qarşısında davam edib.

Aksiyada "Erməni işğalına son", "Erməni aqressiyasına son", "Şəhidlər ölməz, vətən bölünməz" və digər şüarlar səsləndirilib. Nyu-York, Bostan, Nyu-Cersi, Konnektikut və Massaçusest ştatlarında olan təxminən 250 azərbaycanlı BMT-nin binası qarşısında aksiya keçirdikdən sonra polis nəzarəti ilə təxminən 3-4 kilometr yürüş edərək Nyu-Yorkdakı Ermənistan nümayəndəliyinin qarşısına gediblər. Ermənistan nümayəndəliyi qarşısında az sayda ermənilər olub.

Ermənilər təxribata cəhd etsələr də, qarşısı alınıb. Aksiyada çoxlu sayda maşınlar üzərində Tovuz şəhidlərimizin övladlarının fotoları vurulub və aksiya iştirakçılarını bayraqlarla müşayiət ediblər.

Aksiyada azərbaycanlılarla yanaşı, Türkiyə diasporunun nümayəndələri də iştirak edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı