Anasının verdiyi böyrək fəaliyyətini İTİRİB - Vüsaləyə 2-ci dəfə böyrək köçürüldü
16 Fevral 2026, 12:19
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1717
08.06.2020, 17:03
Dünən Yasamal rayonunda bir nəfərin karantin qaydasını pozduğu üçün saxlanılan zaman bina sakinlərinin polislərin üzərinə balkonlardan zibil torbaları atması sosial şəbəkələrdə ciddi tənqid olunub. Vətəndaşlar məsələyə münasibətlərində bunun düzgün addım olmadığını bildirərək, polisin qərarları icra etdiyini, xidmət apardığını, insanlara da karantin qaydalarına əməl etməklə evdə qalmağa çağırış ediblər.
Oxu24.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında Çevik Polis Alayının geniş əməliyyat qrupunun həmin binalarda keçirdiyi saxlanılma zamanı sərgilədiyi davranış tənqidi fikirlərin onların üzərinə yönəlməsinə səbəb olub.
Polis əməkdaşlarının mənzillərə daxil olaraq, dünənki etirazda iştirakından şübhəli bilinən şəxsləri yatdığı yerdə yarıçılpaq formada saxlayıb evdən çıxarması narazılığa səbəb olub. Sosial şəbəkələrdə yayılan əməliyyat videolarından birində 5-6 polisin evə daxil olması və qadınların onlara “evdə uşaq var, qorxar” deməsinə baxmayaraq, yataq otağına girərək şübhəli şəxsi yarıçılpaq halda saxlaması tənqidlə qarşılanıb.
Dünən zibil atanları tənqid edib polisi müdafiə edən vətəndaşlar bu gün polis əməkdaşlarının bu hərəkətinə narazılıqlarını bildiriblər. Sosial şəbəkə istifadəçiləri rəylərində “sanki zibil atan yox, terrorçu saxlanılır” deyə tənqidi fikirlər səsləndiriblər.
Həmçinin oxuyun
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis həmin şəxslərlə qanun çərçivəsində davranıb: “Terrorçu kimi davranılmayıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar. Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Polis qanunun verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib”.
02:09 / 21 Fevral 2026
1
00:33 / 21 Fevral 2026
50
23:55 / 20 Fevral 2026
46
23:53 / 20 Fevral 2026
53
23:49 / 20 Fevral 2026
123
23:30 / 20 Fevral 2026
48
23:28 / 20 Fevral 2026
57
23:22 / 20 Fevral 2026
49
23:20 / 20 Fevral 2026
49
23:17 / 20 Fevral 2026
48
23:12 / 20 Fevral 2026
49
23:12 / 20 Fevral 2026
76
22:58 / 20 Fevral 2026
118
22:54 / 20 Fevral 2026
3091
22:48 / 20 Fevral 2026
669
22:34 / 20 Fevral 2026
105
22:25 / 20 Fevral 2026
87
22:23 / 20 Fevral 2026
56
22:19 / 20 Fevral 2026
98
22:14 / 20 Fevral 2026
308
22:07 / 20 Fevral 2026
102
22:05 / 20 Fevral 2026
75
21:58 / 20 Fevral 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.