Qaynar xətt:

(+99450) 247 90 86

Bakı Aeroportundan şok video yayıldı - AÇIQLAMA 

2020/03/12/1583992930_1583991859_aero_700x390.jpg

ŞOU-BİZNES

2091

12.03.2020, 10:01

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının görüntüləndiyi video materiala aydınlıq gətirib.
 

Hava Limanının Mətbuat Xidmətindən Oxu24.com -a daxil olan məlumatda deyilir: 
 
"Ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin "Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib. Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Video görüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur". 
 
Eyni zamanda qeyd edilib ki, 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbi vətəndaşdır.