Qaynar xətt:

(+99450) 247 90 86

Şok görüntü: Prezident and içərkən terrorçular hücum etdi

Şok görüntü: Prezident and içərkən terrorçular hücum etdi

ŞOU-BİZNES

855

10.03.2020, 10:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əfqanıstanın paytaxtı Kabildə prezident sarayını hədəfə alan hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Oxu24.com  xəbər verir ki, bu barədə qruplaşmaya yaxınlığı ilə bilinən internet səhifəsində belə yazılıb.

Qeyd edək ki, ötən gün yenidən prezident seçilən Əşrəf Qəninin andiçmə mərasimi zamanı sarayın yaxınlığına 3 raket düşüb. Ardınca ərazidə silah səsləri eşidilib. Tələfat barədə məlumat yoxdur. Hadisə zamanı bəzi şəxslər həyəcan yaşayaraq tədbiri tərk edib. Prezident isə soyuqqanlı şəkildə terrorçulara meydan oxuyub.

Hadisəyə görə, andiçmə mərasimi nəzərdə tutulduğundan tez başa çatıb.