Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1475
09.03.2020, 12:11
Qəzanın, piyadavurmanın vaxtı 5 saniyədən çox deyil
Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Statistika dairəsi kimi tanınan ərazidə baş verib. Yolu təyin olunmamış yerdən keçmək istəyən piyada sürücünü çaşdırıb və nəticədə qəza baş verib.
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, piyadaların sürücüləri çaşdırması nəticəsində baş verən qəzalar az deyil.
"Qəfildən yola qaçmaq, avtomobili görüb istiqamətini dəyişmək kimi hərəkətlər piyadavurma hadisələri sırasında çoxluq təşkil edir. Ən yaxşısı yerində qalmaqdır. Ən azından sürücüyə düşünmək üçün vaxt vermiş olursunuz."
E. Muradlı bildirib ki, sürücülərin bu cür vəziyyətlərdə qərar qəbul etməsi çətinləşir. "Görürsən ki, piyada yolun ortasına doğru qaçır. Bu zaman sürücü maşını sağa çəkir. Amma elə bu addımı atan kimi piyada fikrini dəyişərək geriyə qaçır. Nəticədə də qəza qaçılmaz olur."
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qəza hadisəsi bir müddət əvvəl baş versə də izləyicilər üçün ibrət ola bilər. "Ümumiyyətlə piyadalar və sürücülərin yollarda diqqətli olması vacib şərtdir. Bəzən kimsə düşünə bilər ki, beş saniyədən heç nə olmaz. Amma bilmək lazımdır ki, elə qəzanın, piyadavurmanın vaxtı 5 saniyədən çox deyil."
Vaqif Əsədov bir daha piyadaları və sürücüləri qaydalara əməl etməyə çağırıb. "Piyadalar təyin olunmamış yerdən yolu keçməsinlər. Eyni zamanda sürücünün ona yol verdiyinə əmin olsunlar. Həmçinin sürücülər də piyada keçidlərində, sağa və ya sola dönən zaman sürətə nəzarət etsinlər. Piyadalara yol versinlər. Ümud edirik ki, bu cür videolara baxandan sonra bir piyadanın həyatını xilas edə, bir sürücünü həbsdən qurtara bilərik."
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.