Aktrisa Məsumə Babayeva VƏFAT ETDİ
24 Yanvar 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
622
19.12.2019, 12:34
Bir müddət öncə ARB TV-nin "Elgizlə İzlə" verilişinə evlənmək üçün gələn atası ilə birlikdə efirə çıxan 14 yaşlı Asimanın gözlənilməz ölümü tamaşaçıları dəhşətə gətirib.
Oxu24.com xəbər verir ki, kiçik yaşlarından anasız qalan Asiman atasının evlənməsini çox istəyirdi. Yeniyetmə qız ona analıq edəcək birinə ehtiyac duyduğunu deyirdi.
məsini istəyirəm. Düzdür, o mənə doğma anam kimi şirin olmaz. Qanımdan-canımdan deyil. Mənə sirdaş-dost olsun. Bəlkə də elə sirlərim var ki, atama deyə bilmirəm, ancaq ona deyə bilərəm", - deyən Asiman, atasının evlənməsinə qarşı olmadığını, əksinə onu dəstəklədiyini bildirmişdi.
Alim bəylə evlənmək üçün efirə gələn xanım məhz Asimana görə atası ilə evlənmək istəyirdi. Üzünü gizlədərək efirə çıxan qadın Asimanı vəfat etmiş qızlarına çox bənzətdiyini deyirdi. Lakin bu izdivac baş tutmadı. Maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri arasında Asimanı qadının nəfsinin öldürdüyünü yazanlar da var.
Qeyd edək ki, Alim bəyin qonşusu Gülnarə Nəbiyeva Asimanın ölümündə onu günahlandıraraq şok iddialar irəli sürüb:
"Alim illər idi ki, Asimanı döyürdü. Yoldaşını da döyürdü. Uşaq qış vaxtı çöldə, yerdə yatırdı. Atası evə dostlarını gətirirdi, içirdi. Qızını söyürdü, döyürdü. Asiman atasının qorxusundan mənim evimdə qalırdı, evə getmirdi. Qız mənə yalvarırdı ki, heç kimə heç nə deməyim. O ata deyil".
Həmçinin oxuyun
Ata qonşusunun bütün ittihamlarını rədd edib və qızının vərəmdən öldüyünü bildirib:
"O Gülnarənin dediklərinin hamısı yalandır. Mənim evimdə yorğan-döşək çoxdur, qızımın quru yerdə yatması qeyri-mümkündür. Keçmişdə evə bir qadın gətirmişdim. Uşaq oldu, 1 ildən sonra gəzməyə başladı. Qovdum. O Gülnarə məndən o qadının hayıfını çıxır.
Mənim qızımın anası, ana nənəsi, xalası da vərəmdən ölüb. Qızım da vərəm xəstəsi idi. Doğulduqdan bəri qabaqlayıcı dərmanlar verilirdi. Ayın 12-də məktəbin tibbi işçisi və dərs hissə müdiri tərəfindən mənə zəng gəldi ki, qızınızın qızdırması var. Getdim evə gətirdim. Qızım özü qızdırma salan dərmanı özü içdi, yəni vəziyyəti o dərəcədə pis deyildi. Dedi ki, ata, mən yatıram. Hərarət səhəri gün də düşmədi".
Hazırda Asimanın ölüm səbəbi araşdırılır. Ekspertizanın rəyi "Elgizlə izlə" proqramında açıqlanacaq.
19:42 / 24 Yanvar 2026
1
19:39 / 24 Yanvar 2026
12
19:37 / 24 Yanvar 2026
10
19:21 / 24 Yanvar 2026
18
19:09 / 24 Yanvar 2026
28
18:40 / 24 Yanvar 2026
352
18:26 / 24 Yanvar 2026
599
18:25 / 24 Yanvar 2026
80
18:15 / 24 Yanvar 2026
74
18:08 / 24 Yanvar 2026
2425
17:54 / 24 Yanvar 2026
560
17:44 / 24 Yanvar 2026
105
17:40 / 24 Yanvar 2026
205
17:38 / 24 Yanvar 2026
92
17:28 / 24 Yanvar 2026
82
17:17 / 24 Yanvar 2026
74
17:00 / 24 Yanvar 2026
83
16:28 / 24 Yanvar 2026
79
16:07 / 24 Yanvar 2026
96
16:04 / 24 Yanvar 2026
1014
15:17 / 24 Yanvar 2026
733
15:09 / 24 Yanvar 2026
669
15:01 / 24 Yanvar 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.