Ofeliya Şabanovaya ağır itki
09 Aprel 2026, 20:36
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1170
13.12.2019, 10:49
Bir neçə gün əvvəl Bakıda təcili yardım avtomobilnə yol vermədiyi üçün geniş müzakirələrə səbəb olan 90 SJ 100 dövlət nömrə nişanlı, "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü ötən gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, həmin videogörüntülər yayılan gün yol polisi avtomobilin sürücüsünü aşkar edib və xanım sürücünü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət edib.
Lakin sürücü İdarəyə gəlmək əvəzinə avtomobili bir neçə gün gizlətməklə məsuliyyətdən yayınmağa çalışıb. Ona görə də yol polisi sürücünü saxlaya bilməyib. Lakin bu gün avtomobil hərəkətdə olarkən 99 YP 373 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan inpektorlar tərəfindən aşkar edilib.
Həmçinin oxuyun
Yol polisi əməkdaşları sürücünü saxlayaraq ondan sənədləri tələb etsə də, xanım sürücü tabesizlik göstərərək sənədləri təqdim etməyib. Bu səbəbdən də nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
Oxu24.com xəbər verir ki, Avtosfer.az-ın əməkdaşı da cərimə meydançasında olub və məlum olub ki, xanım sürücü yenə tabesizlik göstərərək heç bir sənəd təqdim etmir. Cərimə meydançasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov araşdırma məqsədilə xanım sürücüyə yaxınlaşdıqda aqressivlik nümayiş etdirərək sənədləri təqdim etməyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Həmçinin əlavə edib ki, təcili yardım maşınının onun ardınca gəlməyə ixtiyarı yoxdur. Onun videosunu çəkib yaymaqla səhv ediblər.
Məsələ ilə bağlı yol polisi əməkdaşları raport yazıb və müvafiq olaraq sürücü barəsində tədbir görüləcək.
00:39 / 10 Aprel 2026
1
00:14 / 10 Aprel 2026
31
23:55 / 09 Aprel 2026
36
23:39 / 09 Aprel 2026
109
23:18 / 09 Aprel 2026
142
23:11 / 09 Aprel 2026
190
22:58 / 09 Aprel 2026
51
22:44 / 09 Aprel 2026
62
22:34 / 09 Aprel 2026
70
22:19 / 09 Aprel 2026
102
21:56 / 09 Aprel 2026
82
21:46 / 09 Aprel 2026
77
21:29 / 09 Aprel 2026
66
21:09 / 09 Aprel 2026
70
20:58 / 09 Aprel 2026
71
20:36 / 09 Aprel 2026
125
20:14 / 09 Aprel 2026
284
20:00 / 09 Aprel 2026
164
19:59 / 09 Aprel 2026
235
19:44 / 09 Aprel 2026
175
19:30 / 09 Aprel 2026
171
19:16 / 09 Aprel 2026
238
19:02 / 09 Aprel 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.