Qaynar xətt:

(+99450) 247 90 86

Elgiz haradadır? – Verilişi bağlanandan sonra…  

Elgiz haradadır? – Verilişi bağlanandan sonra…  

ŞOU-BİZNES

82

18.03.2026, 20:42

Teleaparıcı Elgiz Əkbər-in aparıcısı olduğu “Elgizlə izlə” verilişinin qəfil bağlanmasından sonra onun harada olması və nə ilə məşğul olduğu tamaşaçılar arasında maraq doğurub.

Tanınmış aparıcı hazırda mediadan bir qədər uzaqlaşıb və diqqətini şəxsi işlərinə yönəldib.

 Oxu24.com bildirilir ki, o, Bakı kəndlərinin birində yeni ev tikdirir və əsas vaxtını bu işə sərf edir. Məhz bu səbəbdən də Elgiz Əkbərin son günlər efirlərdən kənarda qalması diqqət çəkir.

Məsələylə bağlı teleaparıcı ilə əlaqə saxladıq. Elgiz Əkbər açıqlamasında hazırda yeni televiziya layihələri və ya gələcək planları barədə danışmaq istəmədiyini bildirib. O qeyd edib ki, hər hansı yenilik olarsa, ictimaiyyətə açıqlama verəcək.

Xatırladaq ki, həftə içi hər gün yayımlanan və geniş tamaşaçı auditoriyası qazanan “Elgizlə izlə” verilişi ötən ay fəaliyyətini dayandırıb. Ötən gün isə ARB telekanalında yayımlanan “Səni axtarıram” və “Həmin Zaur” verilişlərinin yayımı dayandırılıb.\Musavat.com