Qaynar xətt:

(+99450) 247 90 86

Xocalıları qırğından qurtaran Milli Qəhrəman

2019-06/1561357504_14073-1561356942.jpg

ŞOU-BİZNES

894

24.06.2019, 10:28

  Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür.
Oxu24.com-un  məlumatına görə, Hacıyev Əlif Lətif oğlu 24 iyun 1953-cü ildə Xocalı şəhərində dünyaya gəlib. 1970-ci ildə orta məktəbi bitirərək sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb və hərbi xidməti Minsk şəhərində keçib. 1974-84-cü illərdə Belarus Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub, 1979-cu ildə həmin məktəbi bitirərək, 1981-ci ildən təhsilini SSRİ DİN-in akademiyasında davam etdirib. 1990-cı ildə daxili işlər orqanlarında Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunub. 1991-ci ildə ona mayor rütbəsi verilib. Ə.Hacıyev 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı qəhrəmancasına həlak olub. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Ailəli idi. İki qız övladı var. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.