Qaynar xətt:

(+99450) 247 90 86

"Bizim münasibətimizə heç kim hörmət etmir" - Ayrılıq səbəbini açıqladı 

news/2025_09_05/hande_1757078210.jpg

ŞOU-BİZNES

533

05.09.2025, 18:47

Türkiyəli aktrisa Hande Erçel ilə ayrılan iş adamı Hakan Sabancı ilk dəfə münasibətlərinin bitməsi barədə danışıb.

Oxu24.com  xəbər verir ki, Hakan paparatsilərin suallarını cavablandıraraq, ayrılığın səbəbinin nə xəyanət, nə də ailə ilə bağlı olduğunu bildirib. O, qərarın qarşılıqlı şəkildə verildiyini, anasına yönələn ittihamların isə ailəsini üzdüyünü qeyd edib:

"Bu mövzu artıq hörmətsizliyə çevrilib. Heç kimə xəyanət etməmişəm, ailəmin də əlaqəsi yoxdur. Daha bu haqda danışmayacağam", - deyə Sabancı vurğulayıb.

Qeyd edək ki, cütlük bu yaxınlarda münasibətlərinə son qoyub. Sosial mediada ayrılığa Hakanın anasının və ya xəyanətin səbəb olduğu iddia olunurdu.