Ötən gün Bakıda Əlövsət Quliyev küçəsində yaşlı qadına qarşı həmin ərazidə yerləşən obyekt sahibi tərəfindən kobudluq edilib.
Oxu24.com xəbər verir ki, Femida.az-n məlumatına görə, hadisə vaxtı orada olan vətəndaşlardan biri hadisənin müəyyən hissələrini video görüntüyə alaraq redaksiyamıza göndərib.
Vətəndaşın məlumatına görə, yaşlı qadın əlində sumkalarla evinə doğru ghedərkən yorulub və bir qədər dayanaraq dincəlmək istəyib. Bu zaman həmin ərazidəki kafenin sahibi qadına bildirib ki, obyektin qabağında dayanmasın və oradan uzaqlaşsın. Sahibkarın bunu kobud şəkildə etməsi və qadını qovması ətrafdakı vətəndaşların narazılığına səbəb olub. Onlar həmin kafenin sahibinin qadınla kobud davranışına görə qınayıblar. Nəticədə kiçik insident yaşanıb.
Daha sonra qadın bildirib ki, o çox kasıb vəziyyətdə yaşayır, buna görə də ətrafdakı adamlar onu xoşlamır. Qadın qızı ilə yaşadığını, bəzən ac qaldıqlarını, evin kirayə pulunu ödəyə bilmədiklərini deyib. 85 yaşlı qadın bildirib ki, 2 oğlan övladı gənc yaşlarında onu atıb Rusiyaya gedib və rusiyalı qadınlarla evlənib orada qalıb. Daha sonra oğlan övladlarının hər ikisi orada vəfat edib. İndi qızı ilə kasıb həyat yaşayır və bəzən utanaraq dilənçilik etdiyini bildirir.
{banner_reklam}
Həmçinin oxu: Rusiyada ŞOK!714 əsgərin meyiti tapıldı-FOTOLAR
Oxu24.com
ŞƏRHLƏR