Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu çayxana ağacın başında yerləşir

Azərbaycanda bu çayxana ağacın başında yerləşir

ŞOU-BİZNES

916

07.05.2019, 14:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Masallının Xanalion kənd sakini Maqsud Şirəliyev ağac başında qeyri-adi çayxana düzəldib.
Oxu24.com -un  verdiyi məlumata görə, 35 metr hündürlüyü olan ağacda təşkil edilən bu çayxanada müştərilərə 50 metr uzaqlıqdan kanat vasitəsi ilə çay göndərilir.  Maqsud Şirəliyev əvvəlcə 13 il ərzində ərsəyə gətirdiyi, müxtəlif meyvə və dekorativ bitkilər becərdiyi bağındaadi bir çayxana yaradıb. Sonradan qərara gəlib ki, müştəri cəlb etmək üçün orjinal ideya həyata keçirsin. Beləliklə, M.Şirəliyev yerdəki çayxanası ilə yanaşı, ağacda da belə bir məkan yaratmaq qərarına gəlib. Bunun üçün bağındakı 35 metr hündürlüyündə olan Göyrüş ağacında sözügedən çayxananı yaradıb. Hazırda bu çayxanada istirahət edib, çay içmək istəyənlərin sayının çox olduğunu deyən M.Şirəliyev, hətta bunun üçün günlərlə növbə gözləyənlərin olduğunu söyləyib. Müştərilər də bu isti yay günlərində 35 metr hündürlükdə, sərin havada çay içməyin ayrı  ləzzəti olduğunu söyləyirlər.S.Mirsəfəroğlu