Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12803
az

Bakıda polis 12 yaşlı qızı ölümdən belə xilas etdi

11:1606 May, 2019
961
OXU24 TV
  • A
 
O, bir neçə gün əvvəl saat 20.00 radələrində yaşadıqları evdə 2007-ci il təvəllüdlü nəvəsi Əliyeva Səkinə Rasif qızının qəfildən yıxılaraq koma vəziyyətinə düşdüyünü bildirib.

Oxu24.com  xəbər verirn ki, bu barədə “Report”a qızın babası Asif Əliyev məlumat verib.

“Uşağın halı birdən-birə dəyişdi və yıxıldı yerə. Dərhal Təcili Tibbi Yardım Stansiyasına məlumat verdik. Lakin uşağın ürək döyüntülərinin getdikcə zəiflədiyini görüb, onu öz maşınıma qoyub, xəstəxanaya apararkən, Xətai rayonu, M.Hadi küçəsində tıxaca düşdük. Bu zaman həmin ərazidə 99-YP-292 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX-nın əməkdaşına yaxınlaşıb, nəvəmi təcili xəstəxanaya çatdırmaq üçün köməklik göstərməyini xahiş etdim. YPX əməkdaşı dərhal uşağı xidməti avtomobilinə qoyaraq, qısa müddət ərzində nəvəmi 6 saylı Uşaq Klinik Xəstəxanasına çatdırdı”.


A.Əliyev əlavə edib ki, xəstəxanada yeniyetmə qıza şəkərli diabet diaqnozu qoyulub və qanda şəkərin miqdarı 555 milliqrama qədər qalxıb:


“Biz xəstəxanaya çatanda, “yol polisi” uşağı qucağına götürüb qaçaraq, xəstəxananın üçüncü mərtəbəsinə - Reanimasiya şöbəsinə çatdırdı. Həkimlər müayinə etdikdən sonra məlum oldu ki, uşaq bir neçə dəqiqə xəstəxanaya gec çatdırılsaydı, öləcəkdi. Buna görə də mən həmin YPX əməkdaşları Anar İbişova və onunla birlikdə xidmət aparan Elçin Vəlibəyova sonsuz təşəkkürümü bildirirəm. Onlar həmin vaxt orada olmasaydılar, biz uşağı nə xəstəxanaya çatdıra biləcəkdik, nə də onun həyatını xilas edə bilərdik. Mən bu iki YPX əməkdaşının hərəkətini qəhrəmanlıq adlandırıram və bu barədə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayacağam”.


Yol Patrul Xidmətinin əməkdaşı A. İbişov isə gördüyü işin vətəndaşlıq borcu olduğunu bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazirlik cavab vermir: Aldadılan fəhlələr Prezidentə müraciət etdi +VİDEO
SON DƏQİQƏ! Aygün Kazımova karantinə alındı (VİDEO)
“Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur” — VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu