Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
59936
14.01.2026, 13:25
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub.
Oxu24.com xəbər verir ki, həyata keçirilən əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya “*bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı*” barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib. Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, bank əməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kart məlumatları, “PIN, “OTP” və bu kimi digər təhlükəsizlik kodları tələb edilmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhal əlaqəni dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumat vermək tövsiyə olunur.
21:11 / 14 Noyabr 2026
1
21:04 / 14 Noyabr 2026
25
21:02 / 14 Noyabr 2026
49
20:56 / 14 Noyabr 2026
59
20:50 / 14 Noyabr 2026
70
20:38 / 14 Noyabr 2026
75
20:23 / 14 Noyabr 2026
635
19:54 / 14 Noyabr 2026
81
19:50 / 14 Noyabr 2026
87
19:36 / 14 Noyabr 2026
1314
19:15 / 14 Noyabr 2026
121
19:12 / 14 Noyabr 2026
117
19:05 / 14 Noyabr 2026
109
18:50 / 14 Noyabr 2026
114
18:43 / 14 Noyabr 2026
125
18:21 / 14 Noyabr 2026
818
18:09 / 14 Noyabr 2026
134
18:06 / 14 Noyabr 2026
562
18:03 / 14 Noyabr 2026
113
17:18 / 14 Noyabr 2026
226
17:15 / 14 Noyabr 2026
133
16:20 / 14 Noyabr 2026
136
16:05 / 14 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.