DİN əhaliyə müraciət edib: DİQQƏTLİ OLUN!
22 Dekabr 2025, 11:11
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
484
22.12.2025, 11:41
Bu gün general-polkovnik Ramil Usubovun doğum günüdür.
Oxu24.com xəbər verir ki,R.Usubov 77 yaşını qeyd edir.
Uzun illərdir Azərbaycan Respublikasında mühüm vəzifələrdə xidmət edən Ramil Usubov kimdir?
Oxu24.com generalın dosyesini təqdim edir:
Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalıda anadan olub. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazalarının birində həqiqi hərbi xidmətdə olub. Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlayıb, cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışıb. 1987-ci ildə Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilib. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib.

Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Təhlükəsizlik Şurası haqqında
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən yaradılan məşvərətçi orqandır.
Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır və səlahiyyətlərinə aid edilmiş digər funksiyaları yerinə yetirir.
Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasının sədridir.
Həmçinin oxuyun
Təhlükəsizlik Şurasının üzvlərini, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təyin və azad edir.
Təhlükəsizlik Şurası öz işini iclaslar vasitəsilə həyata keçirir.
Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini Təhlükəsizlik Şurasının sədri müəyyən edir.
Təhlükəsizlik Şurasının iclaslarının təşkilini Təhlükəsizlik Şurasının katibi təmin edir.
Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının funksiyalarının həyata keçirilməsini təmin edən vəzifəli şəxsdir.
Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Ramil Uusbov göstərdiyi xidmətlərə görə,Dövlət tərəfindən ən yüksək səviyyədə təltif edilib.
24 dekabr 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə,2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə,29 iyun 2018-ci ildə Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə,22 dekabr 2018-ci ildə "Şöhrət" ordeni ilə və 25 dekabr 2023-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
Ramil Usubov ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.
Emil Usubov (d. 1976) — polis general-mayorudur; 2004-cü ildə "İgidliyə görə" medalı ilə, 2018-ci ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Raul Usubov (d. 1979) — polis polkovnik-leytenantıdır; 2015-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib.
Hazırladı: Miri Məcidli
13:20 / 22 Dekabr 2025
145
13:14 / 22 Dekabr 2025
13
13:09 / 22 Dekabr 2025
25
13:07 / 22 Dekabr 2025
21
13:04 / 22 Dekabr 2025
42
12:54 / 22 Dekabr 2025
22
12:49 / 22 Dekabr 2025
30
12:39 / 22 Dekabr 2025
33
12:22 / 22 Dekabr 2025
53
12:01 / 22 Dekabr 2025
53
11:51 / 22 Dekabr 2025
52
11:44 / 22 Dekabr 2025
48
11:15 / 22 Dekabr 2025
123
11:11 / 22 Dekabr 2025
73
11:08 / 22 Dekabr 2025
435
10:55 / 22 Dekabr 2025
958
10:52 / 22 Dekabr 2025
330
10:48 / 22 Dekabr 2025
67
10:46 / 22 Dekabr 2025
239
10:36 / 22 Dekabr 2025
68
10:25 / 22 Dekabr 2025
219
10:18 / 22 Dekabr 2025
52
10:09 / 22 Dekabr 2025
1968
10:07 / 22 Dekabr 2025
72
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.