Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
15 Noyabr 2026, 05:50
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
954
19.12.2025, 15:25
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun Gəncədə növbəti məhkəmə prosesi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərdən K. Əsədov məhkəmənin girişində jurnalistlərin suallarını cavablandırmayıb. Proses bu dəqiqələrdə başlayıb.
Məlumat üçün bildirək ki, ittiham aktına görə, K. Əsədov və G. Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb. Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib. Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
12:55 / 15 Noyabr 2026
357
12:36 / 15 Noyabr 2026
184
12:28 / 15 Noyabr 2026
84
12:11 / 15 Noyabr 2026
92
11:52 / 15 Noyabr 2026
136
11:43 / 15 Noyabr 2026
86
11:29 / 15 Noyabr 2026
103
11:20 / 15 Noyabr 2026
97
11:20 / 15 Noyabr 2026
104
11:10 / 15 Noyabr 2026
98
11:07 / 15 Noyabr 2026
584
10:50 / 15 Noyabr 2026
106
10:25 / 15 Noyabr 2026
258
10:21 / 15 Noyabr 2026
106
10:18 / 15 Noyabr 2026
101
10:12 / 15 Noyabr 2026
133
09:35 / 15 Noyabr 2026
502
07:35 / 15 Noyabr 2026
209
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.