500 manat pensiyalar bu qədər artacaq
13 Dekabr 2025, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1003
21.09.2025, 15:37
Yaponlar niyə uzunömürlüdürlər? Onlar nə yeyib içirlər ki, xəstələnmirlər? Bu sual məni də maraqlandırdığı üçün mövzunu yaxşıca araşdırdım və onların cavan qalma sirlərini tapdım. Yaponların əsrlər boyu topladıqları təcrübələr onlara qocalıqda da sağlam yaşamağa imkan verir. Bu gün məhz həmin təcrübələri sizinlə bölüşəcəm. Siz də elə indi, şərh bölümünə cavan qalmaq üçün etdiyiniz təcrübələrinizi yazın. Əminəm ki izləyicilərimiz üçün maraqlı olacaq.
“Ən uzunömürlü insanlar”ın yaşadığı ölkələr siyahısına, uzun illərdir ki, Yaponiya liderlik edir. “Günəş ölkəsi”nin hər 4 sakinindən birinin yaşı 65-dən yuxarıdır və onların 60 mini yüzü adlayıb. Gerontoloqlar və qocalma prosesinin tədqiqi ilə məşğul olan alimlər bunun səbəbləri ilə maraqlandılar. Məlum oldu ki, daha az xəstələnmək və daha uzun yaşamaq üçün bəzi qaydalara riayət etmək lazımdır. Yeri gəlmişkən, Yaponiyada bu qaydalar qeyri-adi bir şey deyil- hər kəsin normal yaşamının bir hissəsidir.
Dünyanın hər yerindən, o cümlədən, Yaponiyadan olan alimlər insan ömrünü uzatmağa imkan verən düsturu dəqiq müəyyən etməyə çalışırlar. Prosesdə genetika xüsusi yer tutur və bununla bağlı heç nə etmək olmaz. Ancaq əksər hallarda ömür uzunluğu həyat tərzi və qidalanma ilə müəyyən edilir. Yaponiyada orta ömür müddəti 84 ildir.
Yaponların uzunömürlülüyünün sirri nədir?
1. Az duz qəbulu. Hazırda Yaponiya dünyanın inkişaf etmiş ölkələri arasında liderlərdən biridir. Ancaq “Günəş ölkəsi” həmişə belə olmayıb. Keçən əsrin 50-ci illərində Yaponiya ölümcül xəstəliyə - vərəmə qarşı fəal mübarizə aparırdı. 70-ci illərin əvvəllərində yapon xalqı ürək-damar xəstəliklərinə səbəb olan problemlərin tapılması və onların aradan qaldırılması ilə fəal məşğul olmağa başladı. Yaponlar az yağlı, sağlam pəhrizə sahibdirlər və porsiyaların sayı bizim qida vərdişimizə nəzərən xeyli azdır. Əvvəllər yaponların yeməkləri kifayət qədər duzlu idi. 1 insan gün ərzində orta hesabla 30-40 qram duz istehlak edirdi. Yaş artdıqca bu, yüksək qan təzyiqinə, ürək və qan damarları ilə bağlı problemlərə, infarkt və insult riskinə səbəb olurdu. Zamanla həkimlər duz qəbulu ilə ürək-damar sisteminin xroniki xəstəlikləri arasında birbaşa əlaqəni tapdılar. Məsələnin öyrənilməsinə həssas yanaşdılar. İndi yaponların rasionunda duzun gündəlik miqdarı 10 qramdan çox deyil. Buna görə də, bişmiş yeməklərə əlavə olaraq duz səpmək ənənəmiz yaponlara qəribə gəlir.
2. Acarkən yemək. Yaponlar, xüsusən də, yapon qızları belə fikirdədirlər ki, yeməyin yalnız 80%-ni yemək lazımdır. Yaponlara qulaq asmaq fikrindəsinizsə, heç vaxt həddindən artıq yeməyin. Masadan azacıq aclıq hissi ilə qalxmaq lazımdır. Bu, sağlam həyat tərzi sürməyə çalışanlara çoxdan məlumdur. Dietoloqlar deyirlər ki, daim doya-doya yemək bədənimizin sürətlə aşınmasına səbəb olur. Yaponiyada yeməklər həmişə kiçik boşqablarda verilir, porsiyalar da azdır. Üstəlik, bütün yaponlar gündə, ən azı, 7 növ meyvə-tərəvəz yemək qaydasına riayət etməyə çalışırlar. Rasionda üstünlük dənli bitkilərindir. Qızların ağ şəkərdən imtinasının kökündə sağlamlıqla həmahəng arıq olmaq arzusu da dayanır. Orta sinif yaponların rasionunda ən çox ton balığı, yerkökü, kələm, bibər, lobya, tofu və soya cücərtiləri var. Qeyd edim ki, yaponlar içki rejiminə riayət etməyi də unutmurlar.
Həmçinin oxuyun
3. İsti yeməklərdən imtina. Əvvəllər Yaponiyada mədə xərçəngindən ölüm nisbəti yüksək idi. Xəstəliyin qarşısını almaq üçün bir çox amillər aradan qaldırılıb ki, onlardan biri də isti yeməkdir. Mütəxəssislərin araşdırmaları nəticəsində aşkar olundu ki, yaponların çoxu yeməyi nəinki isti, hətta qaynar-qaynar yeməyi sevirlər. Bu isə mədə-bağırsaq traktında patalogiyaların yaranmasına gətirib çıxarır. Buna görə də, zamanla isti yeməklərdən, hətta isti içkilərdən də imtina etməyi tövsiyə etdilər.
4.Aralıq dənizi pəhrizinə riayət etmək. Bir şərtlə ki, süd olmasın. Yaponların menyusu Aralıq dənizi mətbəxini xatırladır, çünki tərkibində çoxlu sayda müxtəlif tərəvəzlər, meyvələr var. Bundan əlavə, pəhriz balıq, toyuq, bitki yağı və dəniz məhsullarına əsaslanır. Yaponlar nadir hallarda toyuq yumurtası yeyirlər; uzağı, həftədə bir neçə ədəd. Yaponiyada çox məşhur olan “mərmər mal əti” kifayət qədər bahalı məhsuldur. İnsanların çoxu bu ləzzəti yalnız böyük bayramlarda dada bilir. Yaponiyada alkoqol var, amma sakinlər ondan çox istifadə etmirlər. Yapon mətbəxində şəkər, süd, qatıq və süddən hazırlanan pendirlər, praktiki olaraq, yoxdur. “Günəş ölkəsi”nin sakinləri adi pendir əvəzinə soya pendirindən - tofudan istifadə edirlər. Bitki mənşəli zülal orqanizm tərəfindən zəif mənimsənildiyi üçün çox faydalı olmasına baxmayaraq, Yaponiyada xüsusi üsulla fermentasiya edilir.
12:58 / 13 Dekabr 2025
14
12:16 / 13 Dekabr 2025
382
12:08 / 13 Dekabr 2025
45
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
690
11:07 / 13 Dekabr 2025
323
10:25 / 13 Dekabr 2025
914
09:15 / 13 Dekabr 2025
815
09:06 / 13 Dekabr 2025
365
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
145
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1078
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
113
22:41 / 12 Dekabr 2025
14492
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3070
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1160
19:20 / 12 Dekabr 2025
2273
19:04 / 12 Dekabr 2025
1357
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.