Tatu üstündə qətl törədildi - VİDEO
13 Avqust 2026, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
2905
30.05.2025, 19:14
Kral Kobrası ilə Piton ilanının davasının görüntüsü yayılıb.
Oxu24.com sosial şəbəkələrin xarici seqmentində yayılmış videonu təqdim edir:
Kral kobrası – nəinki dünyanın ən gözəl və yaraşıqlı ilanı, eyni zamanda, öz cinsinin ən ölümcül təmsilçisidir. Dünyanın ən uzun zəhərli ilan növüdür. Orta uzunluğu 2-4 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ, Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də təşkil edir.
Kral kobrası hücum zamanı zəhər vəzilərinin kanallarını əzələlər vasitəsilə bağlamaqla tənzimləyir. Baxmayaraq ki, bir kral kobrasının zəhəri 20 insanı öldürə biləcək miqdardadır, bir çox hallarda ilan sadəcə zəhər buraxmadan dişləməklə insanı qorxutmağa cəhd edir. Görünür zəhərin təsadüfi və lazımsız yerə istifadə olunması onun üçün arzuolunmazdır. Bu, hər şeydən əvvəl ov zamanı zəhərin ilan üçün mühüm əhəmiyyət kəsb etməsinə görə ola bilər.
Kral kobrasının zəhəri əsasən sinir sisteminə təsir edir.
Piton dünyada ən uzun ilan sayılır. Çox təhlükəli olsa da, zəhəri yoxdur.
Uzunluğu bəzən 7 metrə çatan pitonlar Afrika, Avstraliya və Asiyanın tropik regionlarında yaşayır. Həmçinin onlara səhralarda, savannalarda və tropik meşələrdə rast gəlmək olar.
Piton şikarını dişləmir, öz möhkəm fəqərələri ilə onu sıxaraq öldürür, sonra isə bütöv halda udur.
Digər ilanlar kimi, pitonun da çənəsi şikarı udmaq üçün xüsusi quruluşa malikdir və adi halda olduğundan bir neçə dəfə genişlənə bilir. Bunun sayəsində piton hətta insanı belə uda bilər.
Antiloplar, meymunlar və kaymanlar pitonların ən çox xoşladıqları qidalardır.
Bəzi insanlar pitonları ev heyvanları kimi saxlayır. Onlar böyük və uzun olsalar da, təhrik edilməsə, insana hücum etmirlər.
Miri
17:12 / 19 Avqust 2026
34
16:49 / 19 Avqust 2026
43
16:38 / 19 Avqust 2026
45
16:19 / 19 Avqust 2026
55
15:59 / 19 Avqust 2026
67
15:56 / 19 Avqust 2026
55
15:54 / 19 Avqust 2026
79
15:45 / 19 Avqust 2026
69
15:36 / 19 Avqust 2026
86
15:30 / 19 Avqust 2026
74
15:11 / 19 Avqust 2026
81
15:10 / 19 Avqust 2026
72
14:50 / 19 Avqust 2026
72
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
91
14:30 / 19 Avqust 2026
84
14:24 / 19 Avqust 2026
71
14:18 / 19 Avqust 2026
217
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
62
13:59 / 19 Avqust 2026
78
13:45 / 19 Avqust 2026
70
13:37 / 19 Avqust 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.