Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
2811
18.11.2023, 09:50
Sadəcə qadınlarda görülən və sosial həyatın darmadağın olmasına səbəb olan bu xəstəlik cinsi aclıq və güclü cinsi istək olaraq ortaya çıxır.
Nimfomaniya nədir?
Oxu24.com medicin.az-a istinadən xəbər verir ki, yunanca nymphe (qız) və mania (dəlilik) sözlərinin birləşməsindən yaranan nimfomaniya qadınlarda həddən artıq cinsi istəyə verilən addır. Nimfomaniyanın əlamətləri cinsi əlaqədən doymamaq, ya da gücdən düşənə qədər edilən masturbasiyadır.
Nimfomaniya bir çox insanın zənn etdiyi kimi, tez-tez cinsi dəyişiklik axtarmaq, ya da cinsi istəyin güclü olması mənasında istifadə edilən kəlmə deyil. Ancaq insanın arzusu və gücü cinsi istəyin şiddətini artıra bilər. Cinsi dəyişiklik istəyi də yenə insanın öz arzu və istəyinə bağlıdır.
40 il əvvəl nimfomaniya cinsi əlaqədən dərhal, ya da qısa müddət sonra yenidən oyanan cinsi istək kimi adlandırılıb.
Nimfomaniyaya səbəb nə olur?
Nimfomaniyaya yol açan səbəblərdən biri hormon pozuntusu ola bilər. Xərçəng ucbatından androgen müalicəsi alan qadının cinsi istəyi gözlənməyən səviyyədə arta bilər. Nimfomaniya olan qadınların sinirləri çox həssas olur, onlar istəklərinin əsiri olurlar.
Tamamilə psixoloji hal kimi də qəbul edilən nimfomaniyanın digər əsas səbəbləri də var. Nimfomaniya psixi narahatlıq olsa da, irsi, orqanik beyin xəstəlikləri, daxili sekresiya vəzilərinin nizamsızlığı ilə bağlı səbəblərdən də dolayı ortaya çıxır.
Messalina kompleksi
Nimfomaniya qadında cinsi daşqınlıq deməkdir. Nimfomaniya tabuları nəzərə almaz. Onun üçün əsas məqsəd bir kişi ilə yatmaqdır. Tipinə uyğun olmasa belə, hər təbəqədən olan kişiyə "hə" deyir.
Roma imperatoru Klavdinin xanımı Messalinanın hər gecə fərqli kişilərlə yatdığı, buna görə dondan-dona girərək, insanlar arasında gəzdiyi tarixdə qeyd olunub.
Nimfomaniya qadına özünə nəzarət etməyə imkan vermir, hətta seksual istəyi oyanan kimi hər gördüyü kişi ilə yatanlar da var.
Nimfomaniyanın əlamətləri
Həmişə seks və cinsi istək üzərində qurulan duyğular
İstək oyanan kimi edilən masturbasiya
Kimlə gəldi cinsi yaxınlıq etmək
Nəzarətini itirmək
Təkrarlanan uğursuz yaxınlıqlar
Nimfomaniyanın zərərləri
İnsanın bütün sosial həyatı münasibətlərinə təsir edir. İnsanın tək məqsədi sevişməkdir. Sevgilisi ilə ünsiyyəti pozulur. Tez-tez çox uğursuz münasibətləri olur. İnsanın fərqli cinsi xəstəliklərə yoluxma riski də yüksəkdir.
12:05 / 28 Noyabr 2026
1
11:50 / 28 Noyabr 2026
61
11:21 / 28 Noyabr 2026
97
11:13 / 28 Noyabr 2026
91
10:46 / 28 Noyabr 2026
155
10:39 / 28 Noyabr 2026
258
10:29 / 28 Noyabr 2026
106
10:25 / 28 Noyabr 2026
239
10:18 / 28 Noyabr 2026
109
10:10 / 28 Noyabr 2026
109
09:37 / 28 Noyabr 2026
392
09:26 / 28 Noyabr 2026
127
09:24 / 28 Noyabr 2026
119
02:18 / 28 Noyabr 2026
237
01:49 / 28 Noyabr 2026
238
01:11 / 28 Noyabr 2026
228
23:59 / 27 Noyabr 2026
247
23:54 / 27 Noyabr 2026
235
23:40 / 27 Noyabr 2026
250
23:40 / 27 Noyabr 2026
233
23:35 / 27 Noyabr 2026
233
23:32 / 27 Noyabr 2026
766
23:28 / 27 Noyabr 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.