Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
1177
18.12.2019, 12:07
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin işinə Ali Məhkəmədə baxılıb.
oxu24.com Teleqraf.com-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevin bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanov ona zəng edib.
İntiqam Rəfailə bacısının əxlaqsız hərəkətlər etdiyi, mobil telefon vasitəsilə tanımadığı kişilərlə danışdığı, bununla bağlı əlində sübut olduğu və buna görə bacısını boşayacağını deyib.
Bundan sonra Rəfail bacısı Yasəmənin əri və üç övladı olduğu halda, əxlaqsızlıq etməsi, yad kişilərlə danışması və görüşməsini aşkara çıxarmaq qərarına gəlib. Apardığı araşdırmalardan həqiqətən bacısının əxlaqsızlıq etməsini öyrənib.
Rəfail bacısının bu hərəkətlərinin özünü başıaşağı etməsi və nüfuzdan salması qənaətinə gəlib. O, məhkəmə yolu ilə bacısının rəsmi qaydada ərindən boşandıqdan sonra yaşadığı ər evindən mülkiyyət və ya istifadə hüququ almaq üçün Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd olunan evə qeydiyyata düşməsinə kömək edəcəyinə söz verib.
Bu məqsədilə o, 21 yanvar 2017-ci il tarixdə bacısını müvəqqəti məskunlaşdığı Bakıdan Şamaxıda yerləşən öz yaşadığı evə dəvət edib.
Rəfail Yolçuyev yanvarın 23-də, səhər saat 9 radələrində evdə heç kimin olmadığı bir vaxtda bacısı ilə söhbət etmək məqsədilə evin 1-ci mərtəbəsindəki yataq otağına daxil olub.
Bu zaman o, Yasəmən Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb və onun başqa kişilərlə yazışdığını güman edib. Rəfail Yolçuyev bacısına "bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan", - deyə bildirib. Yasəmən qardaşına kobud tərzdə başqa kişilərlə münasibətinin şəxsi işi olduğunu bildirib.
Bundan əsəbiləşən Rəfail Yolçuyev bacısından qisas almaq, onu boğmaqla öldürmək qərarına gəlib.
Həmçinin oxuyun
Rəfail Yolçuyev bu niyyətini həyata keçirmək məqsədilə çarpayının üzərində oturan Yasəmən Arzuxanovanın boğaz nahiyəsindən basaraq, onu kürəyi üstə çarpayıya uzadıb.
Daha sonra çıxaraq bacısının qarın nahiyəsinin üstündə oturub. O, bacısının əlindən telefonu alaraq yerə atıb və sonra hər iki əli ilə boğmağa çalışıb.
Yasəmən Arzuxanova hər iki əli ilə qardaşına fiziki müqavimət göstərib. Bunu görən Rəfail şkafın üstündə olan tül-sintetik materialdan hazırlanmış qadın baş yaylığını götürüb və altında çabalayan bacısını üzü üstə çevrib.
Rəfail sonra Yasəmən Arzuxanovanın bel nahiyəsində oturub və yaylığın bir tərəfini çarpayının başlığına bağladıqdan sonra digər hissəsini isə bacısının boynuna dolayıb. Sonra o, bacısını boğaraq öldürüb.
Rəfail Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rəfail Yolçuyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Rəfail Yolçuyevin apelyasiya şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Rəfail Yolçiyev kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti üzrə araşdırma başlanıb.
Aparılan araşdırma zamanı 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rəfail Yolçiyevin ərizəsi məhkəməyə daxil olub. Hakimin səsləndirdiyi ərizədən məlum olub ki, Rəfail Yolçiyev kasasiya şikayətinin geri
götürdüyünü göstərib.
Hakim məhkumun ərizəsini qəbul edib və kasasiya şikayətinə baxılmamış saxlanılması barədə qərar qəbul edib.
16:07 / 24 Yanvar 2026
14
16:04 / 24 Yanvar 2026
18
15:17 / 24 Yanvar 2026
360
15:09 / 24 Yanvar 2026
284
15:01 / 24 Yanvar 2026
61
14:50 / 24 Yanvar 2026
41
13:58 / 24 Yanvar 2026
76
13:54 / 24 Yanvar 2026
625
13:35 / 24 Yanvar 2026
24489
13:35 / 24 Yanvar 2026
187
13:08 / 24 Yanvar 2026
279
12:40 / 24 Yanvar 2026
327
12:35 / 24 Yanvar 2026
62
12:33 / 24 Yanvar 2026
158
12:30 / 24 Yanvar 2026
304
12:28 / 24 Yanvar 2026
2509
12:14 / 24 Yanvar 2026
3339
11:18 / 24 Yanvar 2026
89
10:46 / 24 Yanvar 2026
83
10:38 / 24 Yanvar 2026
105
09:53 / 24 Yanvar 2026
231
09:38 / 24 Yanvar 2026
988
09:28 / 24 Yanvar 2026
289
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.