Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
3433
15.12.2019, 18:43
Azərbaycanlı model və müğənni Ramina Abbasova bu dəfə öz layihələri ilə deyil, pornoçarxı ilə müzakirələrə səbəb olub. Çarx təkcə məşhur pornosaytda yox, həm də sosial şəbəkələrdə yayılıb. Videoda göstərilib ki, kadrlarda Abbasova çəkilib.
Oxu24.com bildirir ki, model özü “Sputnik Azərbaycan”a müsahibəsində bütün bu söz-söhbətləri təkzib edib. Bununla yanaşı, model etiraf edib ki, həmin videoçarxla bağlı olanları unutmaq istəyir.
Onun etirafına görə, sosial şəbəkələrdə və müxtəlif saytlarda tez-tez məşhur şəxslərin əks olunduğu feyk videolar yayılır. Ona görə də, o özü bu çarxı sakit qarşılayıb.
"İşdə olarkən mənə bu barədə xəbər verdilər. Əvvəl çox qəzəbləndim, sonra sakitləşdim. Çarxda qızın sifəti və saçının rəngi göstərilmir.
Başa düşmürəm, necə kimsə yaza bilər ki, bu, mənəm? Bunu ancaq başqalarının uğurunu həzm edə bilməyən paxıl adamlar edə bilər.
Onlar görəndə ki, sən irəli gedirsən, o saat başlayırlar sənin haqqında müxtəlif neqativ şeylər uydurmağa", - deyə Abbasova bildirib.
O, bu çarxı yayanı tapa bilməyib, çünki həmin video viruslu olub və hazırda ona hər yerdə, hətta pornosaytlarda belə baxmaq mümkündür.
Həmçinin oxuyun
Abbasovanın dediyinə görə, onun çoxlu düşmənləri var. Ola bilsin, bunu da vaxtilə birlikdə işlədiyi düşmənlərindən biri edib. Ona görə də model konkret ad çəkə bilmir.
"Mənim üçün ailəmin bunu necə qarşılayacağı vacib idi və onlar məni dəstəklədilər. Mən elə sahədə çalışıram ki, qısqanc, paxıllığımı çəkən insanlardan nə desən gözləmək mümkündür.
Anam bunu yaxşı başa düşür. Əlbəttə, bütün bu söz-söhbətlər ailəm üçün xoş deyil, amma onlar məni dəstəkləyirlər və bilirlər ki, heç vaxt elə iş tutmaram.
Güclü olmayan insan üçün bütün bunları yaşamaq çox çətindir. Amma artıq hər şey arxada qalıb. Mən bu çarxı unutmaq istəyirəm", - deyə Abbasova əlavə edib.
Model bundan sonra ruhdan düşmək niyyətində deyil, əksinə, irəliyə doğru addımlamaq niyyətindədir. Hazırda o, bir çox layihələrdə iştirak edir.
Özü də təkcə model kimi fəaliyyət göstərmir, həm də öz mahnılarını yazdırır. Abbasova əmindir ki, gələcəkdə də belə feyk videolarla qarşılaşacaq, amma bütün bunlar onu sındıra bilməyəcək.
13:00 / 15 Dekabr 2025
165
12:42 / 15 Dekabr 2025
424
12:36 / 15 Dekabr 2025
27
11:45 / 15 Dekabr 2025
67
11:43 / 15 Dekabr 2025
44
11:11 / 15 Dekabr 2025
82
10:38 / 15 Dekabr 2025
218
10:34 / 15 Dekabr 2025
54
10:30 / 15 Dekabr 2025
60
10:15 / 15 Dekabr 2025
60
10:04 / 15 Dekabr 2025
83
09:43 / 15 Dekabr 2025
748
09:40 / 15 Dekabr 2025
57
09:38 / 15 Dekabr 2025
74
09:36 / 15 Dekabr 2025
70
09:11 / 15 Dekabr 2025
70
09:02 / 15 Dekabr 2025
657
08:48 / 15 Dekabr 2025
50
08:31 / 15 Dekabr 2025
519
23:58 / 14 Dekabr 2025
307
23:35 / 14 Dekabr 2025
139
22:57 / 14 Dekabr 2025
143
22:24 / 14 Dekabr 2025
458
21:54 / 14 Dekabr 2025
173
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.