Qusman İlham Əliyevdən nə soruşmuşdu? - Video
25 İyul 2025, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
2261
08.12.2023, 11:11
Dünən yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68 km dərinlikdə 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar dənizə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Bu zəlzələnin ocağı iyulun 4-də baş verənlə eynidir, bir qırılma nöqtəsindədir .
Son bir neçə ay ərzində Azərbaycanın müxtəlif regionlarında 4 baldan yuxarı zəlzələlərin qeydə alınması faktları çoxalıb. Ümumiyyətlə, cari ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yaxın ölkələrdə təkanların tezliyi artıb. Bu isə qeyri-ixtiyari Türkiyədəki güclü zəlzələni yada saldığı üçün, cəmiyyətdə narahatlığı artırır. Zəlzələnin hansı səbəbdən baş verməsi ilə yanaşı, insanları yaşadıqları evlərin təhlükəsizliyi, zəlzələyə nə qədər davamlı olması da maraqlandırır.
Oxu24.com xəbər verir ki,bu məqamda AzVision.az mövzunun aktuallığını nəzərə alaraq, Bakının seyismik aktivliyi, binaların zəlzələyə davamlılığı barədə bir zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində Seysmologiya Mərkəzinin direktoru olmuş fizika-riyaziyyat elmləri doktoru, professor İkram Kerimovdan götürdüyü müsahibənin bəzi hissələrini təqdim edir:
- ...Deyirsiniz ki, Bakıdakı binalar zəlzələyə dayanıqlı deyil. O zaman güclü təkanlar baş versə, necə olacaq?
- Bizdə təbiətdən gələn qoruyucu sistem var. Abşeron elə bir yerdədir ki, təbii şəkildə burada zəlzələyə səbəb olacaq qədər enerji toplana bilməz. Ancaq süni şəkildə mümkündür. Ondan qorunmaq lazımdır. 2000-ci ildəki zəlzələ süni idi, yenə də ola bilər.
- Türkiyədəki zəlzələdən sonra Azərbaycanda da insanlarda narahatlıq var. Bakıda hündürmərtəbəli binalar çoxdur. Ekspertlərin hərəsi bir fikir irəli sürür. Bəziləri deyir ki, zəlzələ olarsa, bütün binalar dağılacaq, digərləri isə iddia edir ki, burada güclü təkanlar gözlənilmir. Siz necə düşünürsünüz?
- 2016-ci ildə məni Almatıya dəvət etmişdilər. Şəhərin seysmiklik səviyyəsinin yenidən ölçülməsi və dayanıqlı binalar tikintisi üzrə layihələndirməyə 50 milyon dollar vəsait ayrılmışdı. İclasda çox adam iştirak edirdi. Almatının baş arxitektoru mənimlə üzbəüz oturmuşdu. Dedi ki, “...Nə əcəb Azərbaycanda işləmirsiniz? Bakı gözəl tikilib, gözəl şəhərdir...” Dedim, doğrudur, Bakı gözəl şəhərdir, amma arxitektor gözü ilə baxanda. Seysmoloq gözündə isə Bakı çox təhlükəli görünür!
Moskvanın qorunması proqramı üzərində işləyən vaxt Artur Rəsizadə (keçmiş baş nazir - red.) məni dəvət etdi. O, baş nazirin birinci müavini, eyni zamanda Azərbaycanda Hərbi Sənaye Komissiyasının sədri idi. 1988-ci ildə ona bildirdim ki, xarici şirkətlərin Azərbaycanda neft-mədən işlərinə cəlb edilməsi təhlükəlidir. Çünki onların istifadə etdikləri texnika bizimkindən dəfələrlə güclüdür və mədənlərimizi dağıda bilərlər.
Böyük iclasda bildirdim ki, işlər düzgün aparılmır. O zaman “Günəşli” yatağını işləməyə başlamışdılar. Layların hidravlik yarılması düzgün aparılmırdı. Partlayışlardan dağılmağa başlamışdı, zəlzələlərin sayı artmışdı. Proses yüksək təzyiq altında (120-150 at) aparılırdı. O vaxtdan sonra əlaqələri kəsdim. Mənfi təsirlər isə getdikcə artırdı. 2000-ci ildə 200 minə qədər suiti məhv olmuşdu...
- Həmin dövrdə zəlzələ də oldu...
Həmçinin oxuyun
- O zəlzələnin yaranmasında süni faktorlar var idimi?
- İnanmaq çətin olsa da, var idi. Həmin vaxt Çeçenistanda partlayışlar olurdu. Bizim işçilər bir qayda olaraq bu kimi texnogen hadisələri araşdırıb, ölçmələr aparırlar. Bu sahədə qabaqcıl mütəxəssislərdən olan Nadir Əhmədovla birgə yoxlamalar nəticəsində məlum oldu ki, Çeçenistanda süni şəkildə törədilən partlayışların təsiri bizim ərazilərə çatır. Daha dəqiq desək, Xəzər dənizindəki zəlzələ ocağına güclü təsir edirdi. Çeçenistanda əvvəlkilərdən də güclü daha bir partlayış törədildi, ardınca Bakıda zəlzələ baş verdi...
- Partlayışların təsir gücünü ölçməklə zəlzələnin baş verəcəyi tarixi əvvəlcədən müəyyən etmək mümkündürmü? Türkiyədə zəlzələ xəbərini niderlandlı alim 3 gün öncə vermişdi.
- Seysmik stansiyalar qurulubsa, lazımi diapazonda araşdırmalar, ölçmələr aparılırsa, mümkündür.
- Zəlzələlər mövzusu hər zaman gündəmdədir, müxtəlif proqnozlar verilir. Eyni zamanda tektonik silahlardan istifadə inkar edilir.
- Artıq hamıya məlumdur ki, bir çox ölkələr tektonik silahdan istifadə edir.
- Azərbaycanda maksimum neçə bal gücündə zəlzələ ola bilər?
- Abşeronda təbii zəlzələ 6 baldan çox olmamalıdır. Şamaxıda vaxtilə dağıdıcı zəlzələlər baş verib. Onların səbəbi neftçıxarma prosesləri fonunda ocaqların oyanması ilə bağlı idi. Neft mədənlərində intensiv iş nəticəsində ilk zəlzələ1903-cü ildə Maştağada qeydə alınıb. Nobel o zaman anlamışdı ki, zəlzələyə neftçıxarma işləri səbəb olub. Odur ki, bağında seysmik stansiya qurmuşdu. Yerini də çox düzgün seçmişdi. Ümumiyyətlə Azərbaycanda yüksək seysmiklik yoxdur.
20:14 / 14 Avqust 2025
Ukrayna Rusiyada neft emalı zavodunu vurdu - VİDEO
15
19:00 / 14 Avqust 2025
Vüqar Tapdıqlı vəfat etdi
22
17:05 / 14 Avqust 2025
BMT məruzəçisi UEFA-nı İsraili turnirlərə qadağa qoymağa çağırıb
64
16:25 / 14 Avqust 2025
Zelenski NATO-nun hərbi yardımının miqdarını açıqlayıb
70
16:00 / 14 Avqust 2025
Ərdoğan Özgür Özeli məhkəməyə verib
161
15:57 / 14 Avqust 2025
Maduro yeni təhlükəsizlik əməliyyatı elan edib
72
15:53 / 14 Avqust 2025
Kapital Bank 5 nominasiyada “Stevie Awards” mükafatına layiq görülüb
87
15:50 / 14 Avqust 2025
Litva qoşunları Ukraynaya daxil olmağa hazırdır
81
15:48 / 14 Avqust 2025
Hollandiyada hava balonu qəzası: 1 ölü, 5 yaralı
67
15:19 / 14 Avqust 2025
Rusiyada uşaq bağçasına ildırım düşdü
72
15:12 / 14 Avqust 2025
DİN müraciət yaydı
232
14:55 / 14 Avqust 2025
İspaniyada güclü yanğın: Ölənlər var
80
14:40 / 14 Avqust 2025
Tramp-Putin görüşündən bir neçə saat əvvəl PUA hücumu başladı
897
14:37 / 14 Avqust 2025
Suriyada güclü partlayış olub
82
14:20 / 14 Avqust 2025
Prezident 4 sazişi TƏSDİQLƏDİ
299
14:11 / 14 Avqust 2025
Putinlə Trampın görüəcəyi yerlə bağlı AÇIQLAMA
285
13:59 / 14 Avqust 2025
Leysan olacaq — BU TARİXDƏ
582
13:30 / 14 Avqust 2025
Prezident Afaq Bəşirqızı ilə bağlı sərəncam imzaladı
903
13:23 / 14 Avqust 2025
Ucarda işıq niyə yoxdur?
352
13:12 / 14 Avqust 2025
Prezident SƏRƏNCAM İMZALADI
814
12:52 / 14 Avqust 2025
Prezidentin bir müddət öncə şiddətli töhmət verdiyi sədrdən yeni layihə: Bu dəfə 267 min manatı...
568
12:50 / 14 Avqust 2025
Almaniya Ukraynaya 500 milyon dollar yardım edəcək
85
12:44 / 14 Avqust 2025
Ruslar araq içib öldülər
87
12:36 / 14 Avqust 2025
Bakıda qardaşlar HƏBS EDİLDİ
103
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.