“İran qalib olacaq, yoxsa, ABŞ-İsrail tərəfi?”- Siyasətçidən şərh
12 Mart 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
3198
07.12.2021, 13:03
Anons.az saytının növbəti müsahibi “Youtube” meneceri Kamran Dənizdir.
Kamran bəy, son günlər musiqiləri və klipləri ilə gündəmə gələn müğənnilərimizlə bərabər, siz də diqqətdəsiniz. Bunu hiss edirsinizmi? Misal üçün biz sosial şəbəkələrdə sizin adınızı çox görürük. Əsasən də böyük kütləsi olan şou biznes nümayəndələri ilə birgə.
- Müsahibə üçün və bu mövzuya toxunduğunuza görə təşəkkür edirəm. Son zamanlar belə deyək bizim sənət özü gündəmdədir(gülür). Məsələyə ümumi yanaşsaq hazırda bütün sistemlərdə piyar ön plandadır. Sizin necə məhsul hazırlamağınız deyil onu necə təqdim etməyiniz önəmlidir. Bizim işdə də bu prinsip əsasdır. Texnoloji inkişaf, internetin həyatımızın ən mühüm nöqtələrində olması, şou biznes sahəsinə də öz damğasını vurur. Əvvəllər müğənnilər yalnız yaxşı prodüsserlə işləsə kifayət idi. Lakin indi vəziyyət dəyişib. Sizin yaxşı səsiniz, müsiqiniz, aranjımanınız və.s ola bilər. Hətta prodüsseriniz də ideal fəaliyyət göstərər. Ancaq internet piyarı üçün əməkdaşlıq edərkən uduza bilərsiniz. Bu hər şeyi korlayır. Sənətçi olub ki, 10 minlərlə manat pul xərclədiyi klipə baxış sayı yığımayıb. Gələk bizim sənətə. Mən özümü sırf "YouTube" meneceri kimi inkişaf etdirmişəm. Simpatiyam bu istiqamətədir. Uzun illərdir hər gün axtarışdayam və nəticəsini də tez-tez hiss edirəm. Sırf şəxsi səylərimnən danışırıqsa deyə bilərəm ki, bu mənim həyat tərzimdir. Mahnının sevilməsi, diqqət çəkib kütlə toplaması əsas hədəfimizdir. Bu isə göründüyü qədər asan deyil. Bütün detallara dəqiq yanaşmalısan. İndi çox adama bu iş asan gəlir. Çox adam deyə bilər ki, biz meneceriyik. Lakin bunu reallaşdırmaq çətindir. Xırda bir qüsur uğursuzluqla nəticələnə bilər. Klip yayımı zamanı düzgün vaxt seçimi və düzgün piyar vacibdir. Burda uğurlu olsan mahnının kefiyyəti ikinci plandadır. Milyonlarla baxış uzaqda deyil
Gəlin fəaliyyətinizlə daha yaxından tanış olaq...
Mən hazırda "CMN GROUP" çalışıram.Vəzifəm "YouTube" meneceridir. Əsas təcrübəm rəhmətlik Ceyhun Əsədovla olub. O bir çox müğənnilərin piyar meneceri idi. Biz onunla demək olar bu sahədə böyük ilklərə imza atırdıq. A klasslarla işləmişik. Ondan çox şey öyrəndim. Hazırda isə PR menecer Nadir Kərimovla birgə çalışırıq. O da işinin peşəkarıdır. Çox fərqli, yenilikçi adamdır. Azərbaycan trendinə nəzər salsaq yarıdan çoxu bizim şirkətin işidir
Həmçinin oxuyun
Konkret misallar çəkə bilərsiniz?
Hazırda iş prinsiplərimizi bir çox müğənnilərlə işlədiyimizi və.s nəzərə alaraq sizə adlar demiyəcəm. Amma ümumi faktlar var. Məsələn klip olub ki, 4 saata Azərbaycan trendinə düşüb. Daha doğrusu biz bunu etmişik. Piyar etdiyimiz bir çox sənətçilər qısa zamanda ölkədə tanınıb. Yəni "YouTube" üzərindən tanınıb. Bu da elə hər şeydən vacibdir. Etiraf edək ki, bu dəqiqə dünyanın hər yerində ölçü vahidi "YouTube" dir. Orda 1 nömrəsənsə hər yerdə eləsən
Bəs bizim musiqimizin və sənətçilərimizin ölkə xaricində sırf "YouTube" sayəsində tanınması mümkündürmü?
Bununla bağlı işləyirik. Şirkət sirri olduğundan bu dəqiqə sizə deyə bilməyəcəm. Amma növbəti müsahibələrdə əminliklə deyə bilərəm ki bu istiqamətdə müsbət faktlar olacaq.
12:44 / 18 Mart 2026
1
12:41 / 18 Mart 2026
15
12:39 / 18 Mart 2026
18
12:32 / 18 Mart 2026
120
12:29 / 18 Mart 2026
25
12:24 / 18 Mart 2026
31
12:17 / 18 Mart 2026
36
11:59 / 18 Mart 2026
346
11:58 / 18 Mart 2026
56
11:50 / 18 Mart 2026
145
11:45 / 18 Mart 2026
37
11:37 / 18 Mart 2026
51
11:31 / 18 Mart 2026
38
11:15 / 18 Mart 2026
50
11:12 / 18 Mart 2026
40
11:10 / 18 Mart 2026
68
10:55 / 18 Mart 2026
1421
10:28 / 18 Mart 2026
209
10:25 / 18 Mart 2026
43
10:18 / 18 Mart 2026
404
10:16 / 18 Mart 2026
59
10:06 / 18 Mart 2026
1313
09:47 / 18 Mart 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.