Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
4423
16.11.2021, 09:21
"O vaxt Xankəndində 366-cı alay var idi. Həmin alayın tərkibində olan şəxsi heyyət təxminən 800-1000 arası dəyişirdi. Briqadada isə haradasa 2 minə qədər şəxsi heyyət var idi. Mənim 366-cı alayın içindən yüz agentim var idi".
Oxu24.com xəbər verir ki, Bunu Milli.Az-a açıqlamasında ermənilərin son günlər yenidən ard-arda törətdikləri təxribatları şərh edən peşəkar hərbçi, ehtiyatda olan polkovnik Azay Kərimov deyib.
O bildirib ki, Şuşanın təhlükəsizliyini tam təmin etmək üçün hər bir tədbiri görməliyik:
"Hal-hazırda Xankəndində 366-cı alayın əvəzinə gücləndirilmiş bir briqada var. Onların vəzifəsi 1988-1989-cu ildə nədən ibarət idi?! O vaxtkı sülhməramlı qüvvələrin əvəzinə keçmiş Dağlıq Qarabağ inzibati ərazisində Daxili Qoşunlar yerləşdirilmişdi. Yəni erməni ilə Azərbaycan kəndləri, erməni rayonu ilə Azərbaycan rayonu arasında bir rus postu dururdu. Demək, istər biz olaq, istərsə də ermənilər olsun, həmin postun yanından ötüb keçməklə gedib istədiyimizi edib, yanından keçməklə də qayıdırdıq. Rus da gəlirdi harda ki, həmin hadisə olubsa, orada 5-6 dənə güllə atıb gedirdi. Yəni rus da burada ölmək istəmirdi.
Erməni təxribatları davam edəcək, o vaxta kimi ki, sülh müqaviləsi imzalanmayacaq. Hətta sülh sazişi də imzalansa belə bu cür erməni təxribatları mütəmadi olaraq davam edəcək. Məsələn, mənim yadımdadır, ermənilər var idi Xankəndində, kim ki, posta getmirdi girib evdən posta getməyənlərin analarını, bacılarını aparırdılar ya zorlayırdılar, ya da güllələyirdilər. Camaatın gözünü belə-belə qorxuda-qorxuda başladılar belə terror işləri ilə məşğul olmağa. Bu qanunsuz silahlı erməni dəstələri Qarabağdan son nəfərinə kimi təmizlənməyincə terror aktları, cəhdləri davam edəcək.
Erməniləri müdafiə edən də rusdur. Rusiya bu şəraiti yaradır ki, bu gün ermənilərin yenə əli-qolu açılıb. Mən bir hərbiçi kimi buna qətiyyən təəccüblənmirəm.
Əgər erməni maşını bizim posta yaxınlaşırsa, gərək hərbiçilərimiz çox diqqətli olardılar, səhlənkarlıq ediblər. Hətta videodan da görürük ki, erməni qumbaranı atandan sonra maşını sürüb gedib. Sən onu necə elə oradaca güllə-boran etməyəsən?! Çox da uzağa getmirki, - bu bir. İkincisi də bura Azərbaycan ərazisidir, Azərbaycanın ərazisində bu hadisə baş verib. Norayr Mirzoyan adlı bu terrorçunu ruslara vermək lazım deyildi. Ümumiyyətlə rusdan qorxmaq lazım deyil, qanunla tələb etmək, sıxışdırmaq lazımdır. Amma təəssüf ki, bizim çox əsgərimiz, zabitimiz, hərbiçilərimiz rus dilində bilmirlər. O potlara profesional hərbiçilər, I Qarabağ savaşında iştirak etmiş müharibə veteranlarını, o əraziləri tanıyan insanları o postlara qoymaq lazımdır.
Həmçinin oxuyun

Məsələn, orada Şuşa polisində işləyən kifayət qədər polislər, o cümlədən hərbiçi zabitlər olub. Onlar hamısı bu gün gedib o ərazilərdə postda surmağa və o əraziləri yaxşı tanıyan adamlar kimi orada xidmət etmək istəyirik, özü də təmənnasız istəyirik. Xidmətə razı olmasalar da, heç olmasa ərazini tanıyan insan kimi yanlarında olaq, başa salaq.
Yadımdadır ki, ruslar o vaxt bir beteerlə gəlmişdilər. Hamısının da belində "skorpion" şəkilləri. Mən də erməni dilində yaxşı bildiyim üçün, bunlara yaxınlaşdım. Birdən rus hərbi geyimində bir oğlan yaxınlaşdı ki, bu gün bu Kərcəhan kəndini darmadğın edəcəyik. Amma bunu ermənicə dedi, çünki o elə bildi ki, mən erməniyəm. Biz onların məqsədini öyrəndikdən sonra komandirlərini götürüb zirzəmiyə saldıq, üstünə də qranat çəkdik ki, o ermənini (rus hərbi geyimində olan şəxsi - red.) bizə verməsən, sən buradan sağ-salamat çıxmayassan. Komandirləri özü də polkovnik idi. Yarım saat söhbətdən, qışqırmaqdan, bağırmaqdan sonra məcbur oldu ermənini bizə verdi. Ona görə deyirəm ki, rusdan qorxmaq lazım deyil. Elə hərəkət etmək lazımdır ki, rus səndən çəkinsin.
Hazırda həmin ərazilərə əvvəl oralarda işləyən, döyüşən şəxsləri göndərmək lazımdır. Çox demirəm, indi elə Şuşa rayonunun keçmiş post-patrul xidmətini ora yığsan işimiz yüngülləşər. Rusiya sülhməramlılarından qorxmaq əvəzinə, üstünə gedib haqqımızı tələb etmək lazımdır. Çalışıb rusu da ələ almaq lazımdır ki, bütün o tərəfdəki məlumatlardan xəbərdar olasan. Amma tərsi baş verir, ermənilər rusları ələ almağı bacarırlar.
Hələ Xankəndinə, Xankəndinin ətarfında erməni terrorçuları var, Şuşanın ətrafında erməni kəndləri var. Demək istədiyim odur ki, açığı Şuşa üçün bu gün də təhlükə var. Şuşaya bu dəqiqə ən azı 10 min əsgər yerləşdirmək lazımdır, o cümlədən də hərbi texnika. Çünki vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin başçısı Viktor Polyoniçka, həm də Azərbaycanın ikinci katibi idi, - mən onun cangüdəni olmuşam, - deyirdi ki, "Şuşa kimdədirsə, Qarabağ da ondadır". Ona görə də Şuşanın təhlükəsizliyini tam təmin etmək üçün hər bir tədbiri görməliyik".
Təhməz Əsədov
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.