Jurnalist Allahverdi Əsədovun xatirələrində Heydər Əliyev
10 May 2025, 11:06
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
4021
12.04.2021, 10:08
“Ögey ana” filmində səslənən “Kəndimiz” mahnısını yəqin ki, hamı əzbərdən bilir. Bu mahnı bütün sənətçilərin repertuarında yer alıb və bu gün də sevilərək ifa olunur. Filmdə mahnı İsmayıl obrazının dilindən səslənsə də əslində ekran işində mahnını İsmayıl deyil, başqa bir xanım-Məsumə Atamova ifa edib. Bir mahnı ilə məşhurlaşan bu xanımı təəssüf ki, atası sənətini davam etdirməyə qoymayıb. Sənətçi ötən il iyunun 7-də uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Konkret.az xəbər verir ki, aktrisanın oğlu Nail Atamzadə anası ilə bağlı xatirələrini moderator.az ilə bölüşüb.
“Biz o vaxt “Beşmərtəbə” deyilən ərazidə, Mirzəağa Əliyev 95 ünvanında yaşayırdıq. Qonşuluqda Rüxsarə adlı nağara ifaçısı var idi, o qadın toylarına gedirdi. Onlara bir çox müğənnilər o cümlədən İlhamə Quliyeva, Nisə Qasımova, Firuzə İbadova və s. sənətçilər gəlib-gedirdi. Bilirdilər ki, anamın da sənətə, musiqiyə böyük həvəsi var. Anamla çox yaxın münasibətdə idilər. Çox təəssüflər olsun ki, atası onun bu sənətini davam etdirməyə icazə vermədi, xasiyyəti çox sərt idi, deyirdi ki, qadın nədir, müğənni olmaq nədir? Amma atam heç vaxt anamın müğənni olmasına qarşı çıxmayıb, çox müasir adam idi, ziyalı ailə idik. Bəstəkar Ələkbər Tağıyev çox istəyirdi ki, anam oxusun, sənətini davam etdirsin. O vaxt Ələkbər Tağıyevin mahnılarını daha çox Zeynəb Xanlarova ifa edirdi. Bəstəkarın həyat yoldaşının dediyinə görə Ələkbər Tağıyevin anama olan diqqəti Zeynəb xanımın xoşuna gəlməyib. Hətta bir dəfə anam onlara gedəcəkdi, zəng edib deyib ki, Məsumə xanım gəlməyin, Zeynəb xanım burada bir oyun çıxardır ki.. Mənim nənəm baş həkim işləyirdi, həm də Zeynəb xanımın anasının həkimi olub. Zeynəb xanımın anası dünyasını dəyişəndə anam da nənəmlə ora gedib. Zeynəb Xanlarova mənim anama deyib ki, mən indiyə qədər bilməmişəm ki, siz kimin gəlinisiz. Yoxsa sizə sənətdə mane olmazdım! Bu söhbətlərin hamısını mənə bəstəkarın həyat yoldaşı danışıb, mən o vaxt uşaq olmuşam. Anam müğənni olmasa da hər zaman gözəl geyinib, hətta özünə səhnə geyimləri tikdirib, bahalı daş-qaş alıb saxlayıb, onlardan istifadə edib. Yadımdadır ki, indi məşhur olan bir çox müğənnilər anamın geyimlərini gəlib götürürdülər, boyunbağı dəstini alırdılar. Anamın da ürəyi geniş idi, çoxusuna şəxsi əşyalarını bağışlayırdı” deyə sənətçinin oğlu bildirib.
Həmçinin oxuyun
“Ögey ana” filmində “Kəndimiz” mahnısını başqa müğənnilərin ifa etməsi xəbərinə sənətçinin oğlu bu cür münasibət bildirib.
“Bu mahnı ümumiyyətlə yaranandan başıbəlalı olub. Bu da ondan irəli gəlib ki, çox məşhur mahnı olub və hamı oxumaq istəyib. O vaxt deyirdilər ki, “Kəndimiz” mahnısını filmdə Şövkət Ələkbərova, Sara Qədimova ifa edib. Bir dəfə də anamın adını çəkmirdilər. Hətta seçim turunda Şövkət xanım da, Sara xanım da olub və anamın bu ifasına əl çalıblar. Anam “Pionerlər evində” oxuduğu vaxtlarda məşhur bəstəkar Tofiq Quliyevin onun müəllimi Əfsər Cavanşirovdan uşaq səsi tapmağı xahiş etdiyini bildirib. Əfsər Cavanşirov isə anamın ən yaxşı seçim olduğunu deyib. Beləliklə, 7 yaşlı qızcığaz “Ögey ana” filmində “Kəndimiz” mahnısını ifa edib. Anam bu mahnını o vaxt Moskvada rus dilində də oxuyub. Lent yazıları son günlərə qədər evimizdə idi. Hətta bu faktı aktrisa Suğra Bağırzadə də təsdiqləyə bilər. Çünki bir dəfə efir vasitəsilə o anama salam göndərib, mahnının ilk ifaçısı kimi adını çəkmişdi”, – deyə o bildirib
00:01 / 12 May 2025
Yeni Papanın qol saatı müzakirə yaratdı - FOTO
53
23:55 / 11 May 2025
Evdəki bu cihazlar işıq pulunu ikiqat artırır
60
23:43 / 11 May 2025
Keçid balları arta bilər - VİDEO
46
23:40 / 11 May 2025
Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurdu - VİDEO
47
23:37 / 11 May 2025
Hindistan Pakistan təyyarələrini vurduğunu açıqladı
102
23:10 / 11 May 2025
Cənubi Koreyada hakim partiya prezidentliyə namizədini açıqladı
44
22:55 / 11 May 2025
Siqaret və alkoqolun kişi cinsi sağlamlığına mənfi təsirləri
52
22:33 / 11 May 2025
HPV - İnsan Papilloma Virusu
60
22:16 / 11 May 2025
Şəhid Xudayar Yusifzadənin şəhadətə ucaldığı yerin VİDEOSU
528
22:06 / 11 May 2025
18+ Kişilər bu üsulla cinsiyyət orqanını böyüdə bilər — Tibbi xəbər
213
22:03 / 11 May 2025
Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar
43
21:44 / 11 May 2025
Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır
61
21:39 / 11 May 2025
Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi - Foto
165
21:24 / 11 May 2025
Şəhidin 13 yaşlı qızı vəfat etdi
902
20:16 / 11 May 2025
Şəhid Əbdülməcid Axundovun həyatı
168
20:07 / 11 May 2025
Hava nə vaxt düzələcək?
383
19:42 / 11 May 2025
FHN əhaliyə xəbərdarlıq etdi
1685
17:20 / 11 May 2025
"Ölsəm, məni bir-iki gün saxlayın, sonra basdırın" - Xalq artisti haqqında bilmədiklərimiz
639
16:58 / 11 May 2025
Sürünərək sərhədimizi keçiblərmiş — ŞOK VİDEO
568
16:51 / 11 May 2025
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
105
15:07 / 11 May 2025
Dəvənin qanı bu xəstəliyin dərmanı imiş — Dəvə haqda bilmədiklərimiz
661
15:01 / 11 May 2025
Ədalət Ramazanov vəfat etdi
527
14:46 / 11 May 2025
"Himnimizin sözlərini Əhməd Cavad yazmayıb" - 33 ildir haqqı yeyilən əsl müəllif kimdir?
686
14:18 / 11 May 2025
SON DƏQİQƏ! DSX açıqlama yaydı:İran tərəfdən naməlum...
785
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.