Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35855
az

Generaldan açıqlama: Polad Həşimovla bağlı dediyim yazını saytlardan silin

13:4719 İyul, 2020
2138
  • A

“Mənim media orqanlarından birinə verdiyim müsahibə zamanı səsləndirdiyim fikirlər ümumi konteksdən çıxarılaraq təhrif olunmuş şəkildə digər media orqanlarında yayılıb. Belə ki, Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olanlar, xüsusilə general-mayor Polad Həşimovun şəhid olması ilə bağlı mənə aid olmayan güman və mülahizələr adımdan ictimaiyyətə təqdim edilib”.

Oxu24.com  xəbər verir ki, bu fikirləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

“Dövlət rəhbərliyi tərəfindən dəfələrlə hərbi mövzuya həssaslıqla yanaşılması, bununla bağlı qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyinə baxmayaraq, hələ də bu mövzudan yazarkən bilərəkdən və ya bilməyərəkdən qeyri-dəqiqliyə və səhlənkarlığa yol verənlər tapılır.

Hazırda müharibə şəraitində yaşadığımızı, xüsusilə son günlər cəbhədə baş verən gərginliyi və düşmən qüvvələrin bu kimi təhrif olunmuş məlumatlardan öz pis niyyətli əməllərində istifadə edəcəyi ehtimalının diqqətə alınmalı olduğunun vacibliyini hesab edirəm.

Mətbuatda mənim adımdan bu mövzuda gedən yazıların və ya məqalələrin həqiqətə uyğun olmadığını, fikirlərimin təhrif edildiyini nəzərə alaraq bütün media qurumlarından bu yazıların saytlardan çıxarılmasını xahiş edirəm. Gələcəkdə də belə məsələlərə həssaslıqla yanaşılacağına ümid edirəm”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü