Polad Həşimov anası ilə sonuncu danışığında nə deyib? — Milli Qəhrəmanın anası ilə müsahibə
29 Aprel 2025, 18:14
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
1335
07.12.2019, 13:32
Əməliyyatlara normal baxıram. Əməliyyatların nə dərəcədə uğurlu alınması, gözəl bədən quruluşuna sahib olmağına baxmayaraq, fəsadları da çox olur.
Bunu müğənni Xatun Əliyeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi keçirdiyi omba əməliyyatından danışıb, gizlinləri ortalığa çıxarıb:
“Bu əməliyyat “kontur plastika” adlandırılır, yəni “bədən şəkilləndirməsi”. Saatlarla idman zalında gedib, tər töksəm də, bir nəticə əldə edə bilmədim. Heç buna zamanım da yoxdur. Masajlara da gedə bilmədim.
Birdəfəlik nöqtə qoymaq üçün cərrah masasına uzanıb, məni kompleksə salan problemlərdən qurtuldum. Üstəlik, əməliyyat pulsuz olanda qaça-qaça getdim (gülür). Pulsuz olan şeyə kim razılıq verməz ki? Hər gün gedərlər...”
Cərrah bıçağı altına uzanıb, plastik əməliyyat etdirməyə nə ehtiyac var idi? sualına xanım müğənni bu cür reaksiya verdi:
“İnsan hərdən özünü güzgüdə görməkdən belə bezir. Dəyişməyi sevən insanlar dəyişmək üçün plastik və estetik əməliyyatlara baş vururlar. Bu da, məncə, bizim göz önündə olmağımızdan, qocalmaq qorxumuzdan, hər zaman gümrah, gözəl qalmağımızdan irəli gəlir. Sonuncu əməliyyatdan sonra məndə “panik atak” yaranıb. Bir-iki il zaman keçməlidir ki, yenidən plastik və estetik əməliyyat etdirim”.
Həmçinin oxuyun
Müğənni Roza Zərgərlinin bir müddət öncə Oxu.Az-a müsahibəsində “Müğənnilər plastik əməliyyat etdirirlər ki, mənə bənzəsinlər” sözünə Xatun “Roza xanım o sözləri mənə ünvanlaya bilməz” deyib, fikirlərini bu cür izah etdi:
“Biz Roza xanımla sənətə gəlməmişdən arxivimizə nəzər yetirsəniz, görərsiniz ki, bizdə ciddi problemlər heç zaman olmayıb (gülür). Sadəcə, müəyyən “liposaksiya” (piy sovurma) əməliyyatları olanda bel incələşir, omba (arxa əzələ) daha gözə girir və cazibədar görünür.
Bizim şou-biznesdə o qədər bu əməliyyatdan etdirən müğənnilər var ki, çoxunda uğursuz alınıb. Roza xanım elə onları nəzərdə tutub, bu açıqlamanı verib. Roza xanım çox ekzotik bir xanımdır. Anadan olandan və səhnəyə gələndən gözəldir. Vay o günə ki, eybəcər və çirkin olasan. O qədər belələri var ki...”
“Söyləyirlər ki, omba əməliyyatından sonra oturub-durmaqda problemlər yaranır” şərhinə Xatun istehzalı gülüşü ilə “Baxır necə otururlar da... Məndə heç bir problem yaranmayıb” cavabını verdi.
Maqazin verilişlərin birində Xatunun müğənni Natavan Həbibini “anakonda” adlandırması ikilini düşmənə çevirdi. Bir həftə öncə Xatunun “Instagram” hesabında qarşı tərəfin fotosunu paylaşması isə ikilinin barışması kimi qələmə verildi. Xatun redaksiyamızın əməkdaşı ilə söhbətində məsələnin astarını gün üzünə çıxardı:
“Bu, sadəcə, verilişin “formatı”ndan irəli gələn məsələ idi. Natəvan Həbibi ilə barışığa gələndə isə, mən onunla düşmən deyiləm, barışıq da ola bilər. Sadəcə deyildi ki, Natəvanın fotosunu sosial şəbəkə hesabında paylaş, mən də sözündən çıxmayıb paylaşdım.
Mən kinli insan deyiləm. Həmişə də Allaha dua edirəm ki günüm xoş keçsin. Çünki gün xoş keçəndə, kinli olmursan. O insanlar ki uğursuz olur, onlar kin saxlayırlar, hamıya pis şeylər arzu edirlər. Bir sözlə, neqativ ötürürlər. Amma elə insanlar var ki, onlarla küsülü qalmaq daha yaxşıdır. Qəlbimdə kin-küdurət yoxdur”.
Müsahibəsini Xatun Əliyeva konsert müjdəsi ilə yekunlaşdırdı:
“Sənə qədər” adlı bəstəyə ekran həyatı vermişəm. Həmin klipin artıq tizeri yayımlanıb. Düşünürəm ki, tamaşaçılar bu işimi də bəyənəcəklər. Mart ayında isə konsertim olacaq. Rayonlara turneyə çıxmağı düşünürəm.
Rayonlardan başlayıb, son dayanacağımız Bakı olacaq. Bizim Xalq artistimiz Zülfiyyə Xanbabayeva yol açır, biz də o yolu gedirik. Zülfiyyə Xanbabayeva o qədər sadə bir xanımdır ki, ona sosial şəbəkədə şərh yazanda, özü cavab verir”.
00:54 / 02 May 2025
"Skype" bu tarixdə bağlanacaq
122
23:36 / 01 May 2025
Zelenski minerallara dair sazişin detallarını açıqladı
48
23:00 / 01 May 2025
Dəsmallardakı bu izlər nə ücündür
62
22:21 / 01 May 2025
Bu meyvə zehni yaxşı edir
71
22:01 / 01 May 2025
Azər Qasımovun xanımı da işdən çıxdı
75
21:46 / 01 May 2025
Poçt direktoru nazir müavini təyin olundu - Foto
119
21:28 / 01 May 2025
Küləklə bağlı - Xəbərdarlıq
98
21:15 / 01 May 2025
Əli Mirəliyev son durumu acıqlandı
92
21:07 / 01 May 2025
Mayk Uolts vəzifəsindən azad edildi
138
20:40 / 01 May 2025
Bir gecədə saçları niyə ağarmışdı? - Yaşar Nuri haqda şok faktlar
771
20:28 / 01 May 2025
Dünyanın ən hündür heyvanı olan Zürafələr haqqında bilmədiklərimiz
128
20:24 / 01 May 2025
Onların maaşı 15 manat artdı
448
19:58 / 01 May 2025
Kəlbəcərdə işçi axtarılır - MAAŞ 1000 MANAT
107
19:38 / 01 May 2025
Ən ağıllı körpələrin doğulduğu ay - Uğurlu liderlər də həmin ayda dünyaya gəlib
89
19:28 / 01 May 2025
Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi
95
19:17 / 01 May 2025
28 övladı,250 nəvəsi olan 136 yaşlı kişi hər gün bunu yeyirmiş — FOTOLAR
911
19:16 / 01 May 2025
Prezidentin təyin etdiyi yeni sədr kimdir? - DOSYE
109
19:05 / 01 May 2025
Maşınların üstünə özünü atıb,pul alan şəxs görün kim imiş — RƏSMİ
405
19:02 / 01 May 2025
Bakıda “Porsche”ni sərxoş vəziyyətdə sürən qadın həbs edildi - Video
467
18:45 / 01 May 2025
Həmin videodakı çadralı qadın və görüntüləri yayan polisə çağırıldı
117
18:34 / 01 May 2025
Komissiya yaradılıb: Köhnə evlər sökülür
106
18:32 / 01 May 2025
Azərbaycan XİN: Hindistan və Pakistan arasında mövcud gərginlik narahatıq doğurur
93
18:23 / 01 May 2025
ABŞ-İran danışıqları təxirə salınıb
88
18:17 / 01 May 2025
Yeni təyinat baş tutub — FOTO
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.