Qaynar xətt:

(+99450) 247 90 86

Şagirdləri ilə xizək sürür,selfi çəkdirir,ad günü qeyd edir — Şəhərdə oxuyub, ucqar kənddə dərs deyən müəllimin HƏYATI  

Şagirdləri ilə xizək sürür,selfi çəkdirir,ad günü qeyd edir   —  Şəhərdə oxuyub, ucqar kənddə dərs deyən müəllimin HƏYATI  

MÜSAHİBƏ

2493

28.01.2026, 14:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com-un bu günkü qonağı  Riyaziyyat fənnini tədris edən müəllim Tünzalə Zöhrabzadədir. 

İsmayıllının Xankəndi kəndində böyüyən bu müəllim üçün müəllimlik nə uşaqlıq arzusu, nə də təsadüfi peşə seçimi olub. Zamanla formalaşan düşüncə, həyat təcrübəsi və insanlara faydalı olmaq istəyi onu bu yola gətirib. Bu gün isə o, Zaqatalanın Cımcımax kəndində dərs deyərək, çətin şəraitə baxmayaraq təhsilin əsl ünvanının harada olduğunu göstərir.

Sizə müsahibəni təqdim edirik:

-Harada doğulmusunuz və uşaqlığınız necə keçib?

-İsmayıllı rayonu, Xankəndi kəndində doğulmuşam. Uşaqlığım texnologiyadan uzaq, daha çox açıq havada, kollektiv oyunlarla keçib. Biz internet və telefonla böyüməyən son nəsillərdən idik. Uşaqlıqdan rəqəmlərə xüsusi marağım olub. Ailəm deyir ki, saatlarla loto daşları ilə oynayır, rəqəmlərlə məşğul olurdum. Bacım məndən üç yaş böyükdür və məktəbdə öyrəndiklərini evdə mənə də öyrədirdi. Bu səbəbdən erkən yaşlardan oxumağa və düşünməyə marağım formalaşıb. 

-Uşaqlıq arzunuz nə idi, müəllim olmaq o arzuların içində var idi?

-Uşaqlıq arzum pilot olmaq idi. Son siniflərdə oxuyarkən o dövrdə qızların pilotluğa qəbul edilmədiyini öyrəndim. Müəllimlik isə uşaqkən planlarım arasında olmayıb. Bu peşəni sonradan, daha şüurlu bir qərarla seçmişəm.

-Müəllimlik yolunu seçməyinizə kim və ya nə təsir etdi?

-9-cu sinifdə oxuyarkən məktəbimizə rayon mərkəzindən Azərbaycan dili və ədəbiyyatı müəllimi Turac müəllimə gəldi. Onun kənddə yaşayıb işləməsi, məsuliyyəti və xarakteri mənə böyük təsir etdi. İlk dəfə həmin vaxt müəllimliyin yalnız peşə deyil, həm də seçim və fədakarlıq olduğunu anladım. Riyaziyyat fənnini seçməyim isə ailədən gəlirdi. Atam riyaziyyat müəllimi idi və bu fənni çox sadə və anlaşılan şəkildə izah edirdi. Uşaqlıqdan evdə riyazi düşüncə ilə böyümüşəm.

-Həyatınızda sizi ən çox formalaşdıran hadisə hansı olub?

-Dörd il müəllim kimi işlədikdən sonra şəxsi qərarımla işdən ayrılıb səyahətə çıxdım. Çadırla və avtostopla bir neçə ölkəni kənd-kənd gəzdim. Planlaşdırmadığım halda Hindistan və Nepalda oldum. Bu səyahət mənim dünya görüşümü ciddi şəkildə dəyişdi. Fərqli mədəniyyətlər, insanlar və həyat tərzləri ilə tanışlıq mənə həm müəllim, həm də insan kimi yeni baxış bucağı qazandırdı.

-Sizi həyata bağlayan, motivasiya verən əsas şey nədir?

-İnsanlara faydalı ola bilmək və çətin vəziyyətlərdə belə insani dəyərləri qorumaq. Xüsusilə uşaqlarla işləyərkən bunun nə qədər vacib olduğunu daha aydın görürəm.

-Kənddə yaşamaq şəxsi həyatınızda hansı dəyişikliklərə səbəb oldu və bu həyat tərzi sizə nə qazandırdı?

-Uşaqlığım da kənddə keçdiyi üçün bu həyat mənə yad deyil. Kənd həyatı sadə yaşamağı, mövcud imkanlarla uyğunlaşmağı öyrədir. Bəzən elementar şəraitlə bağlı çətinliklər olur, amma bu, insana dözümlülük və prioritetləri düzgün müəyyən etməyi qazandırır.

-Kənd məktəbində müəllim kimi qarşılaşdığınız əsas çətinliklər hansılardır?

-Əsas çətinliklər istilik problemləri, internetin olmaması və qış aylarında yolların təhlükəli olması ilə bağlıdır. Bütün bunlar dərs prosesinə təsir göstərir, amma alternativ yollar tapmağa çalışırıq.

-Maddi-texniki imkanlar tədris üçün yetərlidirmi?

-Məktəbin iki növbəli olması sinif otaqlarının azlığı ilə bağlıdır və bu, biz müəllimlər üçün bir qədər yorucudur. İnternetin olmaması səbəbindən İKT-dən istifadə imkanımız məhduddur. Bununla belə, mövcud resurslarla dərs prosesini mümkün qədər səmərəli qurmağa çalışırıq.

-Valideynlərin təhsilə münasibətini necə qiymətləndirirsiniz?

-Valideynlər övladlarının oxumasını istəyir, amma tədris prosesində fəal iştirak hələ ki, istənilən səviyyədə deyil. Mən çalışıram valideynlərlə daha sıx əlaqə qurum ki, bu boşluğu qismən də olsa doldura bilim.

-Gənc müəllimlərə bölgələrdə işləməklə bağlı nə tövsiyə edərdiniz?

-Bölgələrdə işləməkdən çəkinməsinlər. Çətinliklər var, amma qazandırdığı peşəkar və insani təcrübə çox dəyərlidir. Mən özüm də gələcəkdə fərqli bölgələrdə işləməyi və bu təcrübəni davam etdirməyi düşünürəm.

-Sosial şəbəkədə şagirdlərinizlə birlikdə xizək sürdüyünüz video insanlar tərəfindən maraqla izlənir. Bu haqda nə deyə bilərsiniz?

-Qış aylarında uşaqların internetdən uzaq əyləncələrindən biri xizək sürməkdir. Mən də uşaqkən bunu çox sevirdim, indi müəllim kimi şagirdlərlə birlikdə sürmək həm onlara, həm də mənə zövq verir və aramızdakı bağı gücləndirir.

-Səmimi və maraqlı söhbət üçün sizə təşəkkür edirik, Tünzalə xanım!

-Diqqətiniz üçün təşəkkür edirəm!

Tünzalə müəllimənin həyat hekayəsi bizə bir daha sübut edir ki, təhsil sadəcə dörd divar və müasir texnologiya deyil; təhsil hər şeydən əvvəl bir fədakarlıq və sevgi hekayəsidir.

Müsahibəni apardı: Çimnaz Ağayeva
Lukaşenko: Belarus heç vaxt Rusiyaya xəyanət etməyəcək 

15:05 / 02 Oktyabr 2026

DÜNYA DÜNYA

Lukaşenko: Belarus heç vaxt Rusiyaya xəyanət etməyəcək 

62

0
Ermənistanda saxlanılan Azərbaycan əsgərindən SON DƏQİQƏ XƏBƏRİ

15:00 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Ermənistanda saxlanılan Azərbaycan əsgərindən SON DƏQİQƏ XƏBƏRİ

1368

0
Siyavuş Novruzovun gündəmə gətirdiyi MƏSƏLƏ: Sənədsiz evlərlə bağlı nə gözlənilir?

14:48 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Siyavuş Novruzovun gündəmə gətirdiyi MƏSƏLƏ: Sənədsiz evlərlə bağlı nə gözlənilir?

177

0
Rəqqasların yerini robotlar tuta bilərmi?   —   Əməkdar artistlə MÜZAKİRƏ

14:45 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rəqqasların yerini robotlar tuta bilərmi?   —   Əməkdar artistlə MÜZAKİRƏ

83

0
Rüşvət almaqda ittiham edilən BNA əməkdaşlarının cəzası ləğv edilib 

14:43 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rüşvət almaqda ittiham edilən BNA əməkdaşlarının cəzası ləğv edilib 

88

0
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb 

14:42 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb 

63

0
Soyuq Naxçıvan zalından suveren Azərbaycana – dəyişməyən siyasi xəttin 34 illik yolu 

14:40 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – dəyişməyən siyasi xəttin 34 illik yolu 

67

1
“Manatlıq taksilər” ləğv edilərsə, sərnişinlər üçün hansı alternativlər yaradılmalıdır? 

14:22 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Manatlıq taksilər” ləğv edilərsə, sərnişinlər üçün hansı alternativlər yaradılmalıdır? 

77

0
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb 

14:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb 

62

0
Hikmət Hacıyev Rusiya ilə münasibətlərdən DANIŞDI

14:03 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Rusiya ilə münasibətlərdən DANIŞDI

80

0
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq 

13:57 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq 

70

0
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...

13:51 / 02 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...

589

0