Qaynar xətt:

(+99450) 247 90 86

Paltaryuyan maşını kifdən qorumağın ən sadə üsulu

2018-11/1541355108_paltaryuyan.jpg

MARAQLI

870

04.11.2018, 22:14

\"\" Kifin ən çox sevdiyi yerlərdən biri də paltaryuyan maşının rezinidir. Çünki məhz burda onun yaranıb, yayılması üçün rütubətdən tutmuş, isti temperaturadək bütün şərtlər var.
Oxu24.com-un təqdim etdiyi ən sadə məhlulun köməyilə paltaryuyan maşınınız ilk günkü təmizliyinə geri dönəcək. Məhlulun tərkibi: tərkibində xlor olan təmizləyici vasitə 25 qr limon duzu qalın rezin əlcək süngər Hazırlanma və istifadə qaydaları: Öncə maşının içərisini və rezinini quru parça və ya salfetlə təmizləyin. Sonra xlorlu təmizləyici vasitəni rezinin içərisinə hərtərəfli töküb, süngərlə sürtün. Paltaryuyanın qapağını bağlayıb, 2 saat saxlayın. Sonra \"Yaxalama\" funksiyasını qoşub, içiboş maşını işə salın. Sonra limon duzunu təmizləyici toz üçün nəzərdə tutulmuş gözə töküb, maksimal istilik funksiyasını qoşun. Yenidən boş paltaryuyan maşını işə salın. Sonda isə nəzərinizə çatdıraq ki, bu problemlə qarşılaşmamaq üçün. Paltaryuyanın rezinini hər dəfə paltaryuduqdan sonra quru dəsmal ilə silin. Qapısını açıq saxlayın, və iki aydan bir bu üsuldan istifadə edin.