Qışda telefonun enerjisi niyə daha tez bitir? – SƏBƏB BU İMİŞ
10 Noyabr 2026, 16:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
3583
03.10.2021, 11:15
Ağız suyu - ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən mayedir. Son illərdə yatarkən ağzınızdan su gəlməsi tez-tez rast gəlinən hal olub. Bir çoxları yatarkən bunu hiss etmədiyi üçün problemə ciddi yanaşmır. Ağızdan su axmasının bir neçə səbəbi ola bilər.
Oxu24.com xəbər verir ki, ağzı açıq yatmaq və bu şəkildə oyanan zaman ağızdan su gəlməsi səhv yuxu pozası, diş problemləri, allergiya, reflüks, parkinson xəstəliyi, diş çıxarma, dərmanların əks təsirləri, sinir sistemi pozğunluqları, ağız anatomiyasında problem və ya qıl qurdu kimi təsirlərin nəticəsidir.
Buna adətən kiçik uşaqlarda və körpələrdə rast gəlinir, amma müəyyən yaş kateqoriyasına aid edilmir. İstənilən yaşda insan bu xoşagəlməz halla üzləşə bilər.
Ağız quruluşunuz da tüpürcək axmasına səbəb ola bilər. Bəzi insanlar, yatarkən dodaqlarını bağlamaqda çətinlik çəkər. Dilin böyük olması, genişlənmiş badamcıq, çapraz dişlərdən, ya da şişmiş burun əti də dodaqların bağlanmasına çətinlik yaradır.
Qarşısını necə almalı?
Yuxuda olan zaman ağzınızdan su axması məlum olmayan sağlamlıq problemindən də ortaya çıxa bilər. Ən yaxşı müalicə üsulunu təyin etmək üçün əvvəlcə problemi müəyyənləşdirməlisiniz. Vaxt itirmədən allergiya, zəhərlənmə, sinus infeksiyası, badamcıqlar, diş problemləri və ya ruh və sinir xəstəlikləri kimi xəstəliklərin müalicəsi üçün həkimə müraciət edin.
Ağzınızdan su gəlməsi hər hansı ciddi xəstəlik əlaməti deyilsə, öz üsullarınızla bunun qarşısını ala bilərsiniz. Məsələn, yastıq alçaqdırsa, onu hündürüylə dəyişdirə bilərsiniz.
Həmçinin şübhəli dərmanlardan istifadə etdikdə orqanizminizdə dəyişiklik yaranırsa, həkiminizə bildirin. Burun əti və ya anatomik pozğunluq olursa, qulaq, burun, boğaz həkiminə gedib vəziyyət aydınlaşdırın və müvafiq müalicəyə başlayın.
Həkimlər kürəyi üstə yatmağı tövisyə edir. Çünki belə yatmaq ağız suyunun, boğazdan aşağıya doğru axmasını təmin edir. Arxasıüstə yatmağa başlasanız, vəziyyətinizdə əhəmiyyətli dəyişiklik olduğunu görəcəksiniz. Bədəninizin şaquli vəziyyətdə olması kömək edəcək ki, ağzınız qapalı qalsın.(medicina.az)
18:19 / 10 Noyabr 2026
1
18:17 / 10 Noyabr 2026
3
18:04 / 10 Noyabr 2026
51
18:02 / 10 Noyabr 2026
315
17:54 / 10 Noyabr 2026
74
17:42 / 10 Noyabr 2026
80
17:35 / 10 Noyabr 2026
81
17:16 / 10 Noyabr 2026
294
17:10 / 10 Noyabr 2026
110
17:06 / 10 Noyabr 2026
175
16:55 / 10 Noyabr 2026
540
16:47 / 10 Noyabr 2026
95
16:41 / 10 Noyabr 2026
90
16:35 / 10 Noyabr 2026
151
16:21 / 10 Noyabr 2026
155
16:12 / 10 Noyabr 2026
257
15:58 / 10 Noyabr 2026
128
15:44 / 10 Noyabr 2026
235
15:34 / 10 Noyabr 2026
372
15:31 / 10 Noyabr 2026
104
15:25 / 10 Noyabr 2026
146
15:22 / 10 Noyabr 2026
121
14:58 / 10 Noyabr 2026
3890
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.