Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
4433
27.12.2020, 19:46
Telefon söhbəti deyil, sonra danışarıq" deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, YouTube və yaxınlarımızın bizdə yaratdığı o telefon qorxusu gözləntilərimizi doğruldurmu?
BiG.AZ ted.az-a istinadən həmin qorxunu yox edəcək yolu sizə təqdim edirik:
* # 21 #
Bu kodu yığaraq zənglər, mesaj və digər məlumatlarınızın yönləndirilməsi barədə informasiya ala biləcəksiniz.
Xaricilərin təcrübəsinə dayanaraq demək olar ki, məlumat yönləndirilməsi ən çox uşaqlarını spam və fırıldaqçılıqdan qorumaq istəyən valideynlər və qısqanc sevgililər tərəfindən istifadə olunur.
* #62#
Bu kod şəxsi məlumatlarınızın tam olaraq kimə, yəni hansı nömrəyə yönəldiyini bildirir.
P.S.: Smatfonun şəbəkəyə bağlı olduğu halda bəzən zəng qəbul edə bilmirsə (zəng çatmırsa), məlumatlarınızın mobil operatorunuzun nömrələrindən birinə yönləndirilmə ehtimalı var.
Qorxdunuz? - Sakit olun, çarəsi var...
##002#
Bu koddan istifadə edərək telefonunuzda istənilən yönləndirmə formasını deaktiv etmiş olursunuz.
Həm də bu koddan rouminqə daxil olmadan əvvəl istifadə edə bilərsiniz. O zaman, avtomatik səs poçtuna göndərilən zənglər üçün mobil operator tərəfindən vəsait tələb olunmayacaq.
*#06#
Bu kodu istifadə edərək İMEİ-nizi (mobil avadanlıq üçün beynəlxalq identifikator) öyrənmiş olursunuz. Bu nömrəni bilməklə, oğurluq halında smartfonunuzu tapa bilərsiniz. Telefon qoşulduğu zaman, SİM kartın olub-olmamasından asılı olmayaraq, geolokasiya mobil operatora göndərilir. Qeyd edək ki, İMEİ kodunuzu başqa biri bilirsə, cihazınızın modelini və xüsusiyyətlərini asan şəkildə öyrənə bilər.
23:01 / 14 Noyabr 2026
2
22:28 / 14 Noyabr 2026
328
22:19 / 14 Noyabr 2026
59
21:55 / 14 Noyabr 2026
87
21:32 / 14 Noyabr 2026
104
21:22 / 14 Noyabr 2026
135
21:11 / 14 Noyabr 2026
600
21:04 / 14 Noyabr 2026
658
21:02 / 14 Noyabr 2026
106
20:56 / 14 Noyabr 2026
475
20:50 / 14 Noyabr 2026
116
20:38 / 14 Noyabr 2026
113
20:23 / 14 Noyabr 2026
1174
19:54 / 14 Noyabr 2026
109
19:50 / 14 Noyabr 2026
114
19:36 / 14 Noyabr 2026
1810
19:15 / 14 Noyabr 2026
146
19:12 / 14 Noyabr 2026
145
19:05 / 14 Noyabr 2026
130
18:50 / 14 Noyabr 2026
140
18:43 / 14 Noyabr 2026
145
18:21 / 14 Noyabr 2026
977
18:09 / 14 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.