Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1034
21.12.2020, 21:19
Bir neçə gün öncə Azərbaycan hərbçiləri tərəfindən azad olunmuş ərazilərin birində şinşilla aşkarlanıb. Bu məlumat hər kəs tərəfindən maraqla qarşılansa da, heyvanın Qarabağ ərazisində necə peyda olduğu sual doğurub. Şinşilla ilk dəfə Azərbaycan ərazisinə SSRİ dövründə gətirilib. Buna səbəb isə heyvanın xəz dərisi olub.
Oxu24.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib. Onun sözlərinə görə, bu layihə 60-70-ci illərdə həyata keçirilib:
"Şinşilla sovet dövründə Naxçıvan ərazisində yerləşən İlandağ ətrafına köçürülüb. Bir müddət sonra onlar haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb və artması müşahidə olunmayıb. Bundan sonra köç olan ərazidə sözügedən heyvanın nəslinin kəsilməsi təsdiqlənib və uğursuz improduksiya adı alıb".
E.Əsgərov qeyd edib ki, əsgərlərimiz tərəfindən aşkar olunan şinşilla ola bilsin ki, ev şəraitində saxlanılıb:
"Necə ki, iti, pişi evdə saxlayırlar, şinşillanı da bunun kimi saxlayanlar var. Bəzən bu heyvanın təsərrüfatı ilə də məşğul olurlar. Belə ki, şinşillanın dərisi bahalıdır, ona görə onları yetişdirib, daha sonra satanlar da var. Ehtimal var ki, ermənilər həmin ərazilərdə bu işlə məşğul olublar. Oranı tərk edən zaman isə heyvan kimsəsiz qalıb".
Fond rəhbəri əlavə edib ki, bir neçə gün öncə videosu yayılan yenotlar da sovet dövründə Azərbaycana gətirilib və uğurlu olub. Ancaq bu heyvanın zərəri daha çox olduğundan onun artımının qarşısı müxtəlif yollarla alınıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.