Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30840
az

İftardan sonra bunu etmək infarkt riskini artırır - XƏBƏRDARLIQ

09:4110 May, 2020
593
  • A

Bir çoxları iftardan sonra dalbadal bir neçə siqaret çəkir.

Oxu24.com -un  ATV-yə istinadən məlumatına görə, kardioloq bildirir ki, oruc tutan zaman siqaret aludəçisi olan şəxsin orqanizmində nikotin əksikliyi yarandığından, iftardan sonra bir neçə siqaret çəkməli olur. Amma bu, çox təhlükəlidir.

Çünki orqanizm yüksək miqdarda nikotin təsirinə məruz qalır, bu, təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə odur ki, bu, infarkt və beyin qanamasına da gətirib çıxara bilir.

Oqtay Musayev - kardioloq: "Siqaret orqanizmin balansını poza bilər. Ən çox qorxduğumuz isə damarlarda spazm verə bilər. Damarlarda spazm verərsə, bu spazm nəticəsində infarkt təhlükəsi qısa müddətdə özünü göstərə bilər. Ani infarktlar yarada bilər. Təbii ki, bu da ani ölümlər, çox ciddi ağırlaşmalara səbəb olur. Siqaretin çoxlu miqdarda çəkilməsi qanın qatılığını daha da artırır, tromblaşmalara səbəb ola bilər".

Həm iftarda, həm də sonrakı saatlarda çox yemək və maye qəbul etmək də orqanizm üçün zərərlidir.

Oqtay Musayev - kardioloq: "Birdən-birə çoxlu miqdarda yemək qəbulu da ani təzyiq qalxmalarına səbəb ola bilər. Xüsusən də ürək problemi olan insanlarda ürək-damar problemlərinin birdən-birə kəskinləşməsinə səbəb ola bilər.

Ona görə də düzgün qidalanma və sağlam qidalanmaya riayət etmək lazımdır".

Həkim həmçinin məsləhət gördü ki, iftarı açandan sonra sulu yeməklər və bol meyvə-tərəvəz qəbul etmək məsləhətdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marsda donmuş su aşkar edildi-FOTO
BU içki yumurtalıq xərçəngi riskini azaldır
Yayda çayı belə içmək lazımdır

Marsda donmuş su aşkar edildi-FOTO

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
14 il direktor işləyən qadın 995 min manat mənimsəyib