"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
733
20.12.2019, 16:44
Nizaməddin Quliyev, Qoca Səmədov kimi sabiq icra başçılarının saxlanılması yerli icra hakimiyyətlərinin işini gündəmə gətirib.
İndi sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də bəzi rayonlarında İcra Hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdən saxlamasıdır.
Bir sıra rayonlarda İcra Hakimiyyəti başçısının yaşadığı evlərin ətrafında post-patrul xidmətinin ən azı bir maşını, ya da üç əməkdaşı dayanır.
Doğrudanmı, rayonlarda kriminogen durum belə pisdir ki, icra başçıları evlərinin qarşısında mühafizə postu yaradıb, özləri isə adam arasına cangüdənlə çıxırlar? Yox, əgər belə deyilsə, onda icra başçıları kimdən, nədən qorxurlar?
Keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev Modern.az-a bildirib ki, icra başçılarının hamısı belə etmir:
“Bunu icra başçılarının hamısına şamil etmək olmaz. Belə bir hala vaxtilə Salyanın icra başçısının timsalında rast gəlmişdik və onu tez bir zamanda vəzifədən azad etdilər. Onların belə addımı düzgün deyil.
Hazırda ölkəboyu kadr islahatları aparılır, icra başçıları da özlərini ylğışdırmağa çalışırlar. Vaxtilə yanında cangüdən və polis gəzdirən icra başçılarının çoxu cəzalandırılsa da, indi də elələrinə rast gəlmək olur”.
Mahmud Hacıyev deyib ki, İcra Hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdənlə gəzməsinə dair qanunvericilikdə də hər hansı tələb yoxdur.
“El dili ilə desək, icra başçısı işlədiyi rayonun ağsaqqalı sayılır. Əgər icra başçısı elin ağsaqqalı, söz sahibi sayılırsa, özünü cəmiyyətdən – insanlardan niyə qorumalıdır?!”
Mahmud Hacıyev qeyd edib ki, hazırda ölkədə heç bir kriminal gərginlik müşahidə edilmir və buna görə də icra başçılarının evlərinin mühafizəsinə və onların cangüdənlə gəzməsinə də ehtiyac yoxdur.
“Sadəcə, bəzi icra başçıları şan-şöhrət naminə belə edir. Rayonlarda təhlükəli atmosfer də yoxdur, deyəsən ki, ona görə belə edirlər. Bəziləri şan-şöhrət, bəziləri də özünü sığortalayır ki, birdən nəsə olar. Amma yenə də nəsə olsa belə, icra başçısı yerlərdə xalqın qayğısını çəkən şəxslərdir, belə etməməlidirlər. Onların bu cür xoşagəlməz addımının sadə camaatda narazılıq doğurmağı başadüşüləndir”.
17:54 / 21 Noyabr 2026
1
17:43 / 21 Noyabr 2026
149
17:30 / 21 Noyabr 2026
54
17:17 / 21 Noyabr 2026
74
17:16 / 21 Noyabr 2026
109
17:08 / 21 Noyabr 2026
109
16:45 / 21 Noyabr 2026
89
16:39 / 21 Noyabr 2026
119
16:26 / 21 Noyabr 2026
211
16:20 / 21 Noyabr 2026
115
16:05 / 21 Noyabr 2026
100
16:00 / 21 Noyabr 2026
136
15:49 / 21 Noyabr 2026
130
15:48 / 21 Noyabr 2026
99
15:36 / 21 Noyabr 2026
132
15:35 / 21 Noyabr 2026
101
15:32 / 21 Noyabr 2026
120
15:30 / 21 Noyabr 2026
400
15:29 / 21 Noyabr 2026
106
14:55 / 21 Noyabr 2026
120
14:50 / 21 Noyabr 2026
138
14:35 / 21 Noyabr 2026
763
14:28 / 21 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.