Qaynar xətt:

(+99450) 247 90 86

Ən yeni tarix: Maraqlı faktlar

Ən yeni tarix: Maraqlı faktlar

MARAQLI

218

26.08.2026, 12:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir çəllək pivənin güdazına gedən dəstə - Stalin dövrünün “nümunəvi” cinayətkarları.

Müharibədən sonrakı dövrdə, 1950-1953-cü illərdə silsilə cinayətlər, qətl və qarətlər törədən cinayətkar dəstənin uzun müddət izinə düşmək mümkün  olmayıb. 

Oxşar cinayətlər Moskvanın ərazisində törədilib. Dəstənin ilk cinayəti 1 fevral 1950-ci ildə qeydə alınıb. 

Həmin gün ərzaq mağazası qarət olunaraq 34 min pul aparılıb, müqavimət göstərmək istəyən satıcı isə tapança ilə qətlə yetirilib.

Hadisədən heç bir ay keçməmiş Moskvanın Tmiryazev rayonunda iki nəfər dəstə üzvü sənaye malları mağazasında soyğun törədib. 

Onlar əvvəlcə özlərini kassirə dövlət təhlükəsizlik orqanlarının əməkdaşları kimi təqdim ediblər. 

Təsadüfən mağazada olan sahə müvəkkili və milis nəfəri mülki geyimdə olan bu şəxslərdən şübhələniblər, onlardan sənəd tələb ediblər. 

Sənədin əvəzində həmin iki nəfər tapança çıxararaq milis əməkdaşlarını qətlə yetirib. 

Mağazadan 68 min rubl pul aparılıb. Cinayətkarları bu dəfə də yaxalamaq mümkün olmayıb.

3-4 aylıq fasilədən sonra dəstə öz fəaliyyətini “istirahət”saatlarında davam etdirib. 

“Yaşıl Dunay” restoranında yeyib-içdikdən sonra dəstə üzvlərindən biri kassirə yaxınlaşaraq pulları tələb edib. 

Həmin vaxt milis leytenantı Mixail Biryukov həyat yoldaşı ilə restoranda ad gününü qeyd edib və o, cinayətkarlara mane olmaq istəyəndə yerindəcə güllələnib. 

Restoranda istirahət edən daha bir nəfər də atışma nəticəsində həlak olub. Dəstə üzvləri bu dəfə də kassanın bütün pullarını götürərək aradan çıxıb.

Beləliklə, oxşar hadisələr üç il ərzində davam edib, bu müddət ərzində cinayətkar dəstə 11 nəfəri qətlə yetirib, 23 nəfəri odlu silahla yaralayıb, 32 soyğunçuluq hadisəsi törədib, 300 min rubldan artıq pul qarət olunub. 

Maraqlı məqam odur ki, dəstə öz işini elə “peşəkarlıqla” görüb ki, peşəkar əməliyyatçılar cinayətin izinə düşə bilməyiblər.

Növbəti cinayət hadisəsi isə ölkənin birinci şəxsinin az qala gözlərinin önündə, Küntsevoda, İosif Stalinin bağından çox da uzaq olmayan ticarət mərkəzində baş verib. 

Mərkəzin direktoru cinayətkarlara müqavimət göstərərək əlbəyaxa davaya girişib və elə həmin dəqiqə də tapança ilə qətlə yetirilib. 

Dəstə bu dəfə də böyük qazancla hadisə yerindən uzaqlaşa bilib.

Qətllərlə müşayiət olunan hadisələrin gedişi Mərkəzi Komitədə  ciddi narahatlıq yaradıb. 

Stalin hüquq-mühafizə orqanlarının və Moskva rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. 

Hadisələr haqqında ilk olaraq həmin dövrdə Moskva vilayət Partiya Komitəsinin birinci katibi Nikita Xruşov məruzə edib. Stalin onun məruzəsini yarımçıq kəsib:

-Bütün bu faktlar onu göstərir ki, şəhərin müvafiq qurumlarına partiya nəzarəti sıfır səviyyəsindədir və onlar öz işlərinin öhdəsindən gəlmək gücündə deyillər. Bu hadisələr həm də şəhər milisinin qeyri-peşəkarlığının göstəricisidir.

Stalin Xruşovu bir neçə dəqiqə danladıqdan sonra  öz qərarını verib:

- Mən bu işi, cinayət hadisələrinin araşdırılmasını və açılmasını ittifaq miqyaslı qurumlara həvalə edirəm. Moskva rəhbərliyi isə qoy istirahətlərini davam etdirsinlər. 

Dəstə üzvləri bir gün onların da qapısını döyəcək.

Bununla da  baş verən cinayət hadisələri ilə şəhərin hüquq-mühafizə orqanları deyil, birbaşa ittifaq miqyaslı müvafiq nazirliklər məşğul olmağa başlayıblar.

Dəstə növbəti dəfə Moskanın Mıtişi rayonundakı əmanət kassasını hədəf seçib. 

Dəstə üzvləri içəri daxil olaraq giriş qapısını bağlayıblar. İçəridəkilərin hamısına döşəmədə uzanmaq əmri verilib. İşçilərdən biri çeviklik göstərərək milis bölməsi ilə əlaqəsi olan “həyəcan düyməsi”ni basmağa macal tapıb. 

Dərhal milis bölməsindən zəng gəlib. Dəstəyi dəstənin üzvlərindən biri qaldırıb. Növbətçi milis “bura əmanət kassasıdırmı” sualını verəndə, dəstə üzvü “xeyr, bura stadiondur” deyə cavab verərək dəstəyi yerə qoyub. 

Əmanət kassasından 130 min rubl götürən dəstə bu dəfə də aradan çıxa bilib.

Hadisədən dərhal sonra 7 saat davam edən birgə əməliyyat müşavirəsi keçirilib. 

Müşavirədə telefona cavab verən dəstə üzvünün “stadion” ifadəsi diqqəti cəlb edib. 

Əvvəlki törədilmiş cinayət hadisələrinə bir daha nəzər salınıb. Məlum olub ki, cinayət hadisələrinin əksəriyyəti stadionlara yaxın yerlərdə baş verib. Belə qənaətə gəlinib ki, dəstə üzvlərinin stadionla, idmanla hansısa bir əlaqəsi var. 

Beləliklə, Moskvanın və şəhərin bütün rayonlarının stadionları nəzarətə götürülüb, stadionlara gəlib-gedənlərin kimliyi izlənilib, kiçicik bir şübhəli hərəkət ciddi yoxlanılıb.

Nəhayət, Krasnoqorsk rayonundakı stadionda adi bir tədbirdən sonra baş verən hadisə əməliyyatçıların diqqətindən yayınmayıb. Stadionun girişində bir nəfər gənc oğlan çəlləkdə pivə satan satıcıdan bütün pivəni alıb və tədbirdən çıxanlara pulsuz paylayıb. 

Müharibədən sonrakı dövrdə, dolanışığın çətin olduğu bir vaxtda bu gənc oğlanın “səxavəti” təbii ki, şübhələrə səbəb olub. Əməliyyatçılar onu sorğu-suala tutmağa tələsməyiblər. Dəstənin ən gənc üzvlərindən biri olan Vyaçeslav Lukin hüquq-mühafizə orqanları tərəfindən izlənməyə başlanıb və o, dəstənin digər üzvləri ilə görüşəndə yaxalanıb. 

Elə ilk sorğu-sualda bütün məsələlərə aydınlıq gətirilib. Müstəntiqlər cinayəti sübut etməkdə çətinlik çəkməyiblər. Dəstə üzvləri törətdikləri cinayəti etiraf ediblər.

Məhkəmənin hökmü ilə dəstənin başçıları İvan Mitin və Aleksandr Samarin ən ağır cəzaya, ölüm hökmünə məhkum edilərək Butırka türməsində güllələniblər. 

Daha 12 nəfər isə 10, 15 və 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Maraqlı faktlardan biri isə odur ki, dəstənin  üzvləri heç də peşəkar cinayətkarlar deyil, işlədikləri kollektivdə və ailədə nümunəvi tanınan idmançı, tələbə və müdafiə sənayesi zavodunun işçiləri olub.

İlham Cəmiloğlu.

Prezident Əhmədə nə dedi? - Foto 

19:49 / 05 Oktyabr 2026

İDMAN İDMAN

Prezident Əhmədə nə dedi? - Foto 

86

0
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

19:34 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

186

0
Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

19:20 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

73

0
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

95

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

139

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

102

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

131

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

79

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

84

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

77

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

163

0
Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

17:59 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

81

0