Xərçəng peyvəndi ilk xəstədə ümidverici nəticə göstərdi
01 Avqust 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1072
08.01.2026, 23:32
Avşaran yarımadasında olan bəzi toponimlərin izahı
Avşaran (Abşeron) yarımadasının toponimlərinə nəzər yetirdikdə görürük ki, bu toponimlər hər hansısa şəxs adları, qeyri Türk dilləri və eləcə də qədim Türk toponimlərinə rast gəlmək olar.
Bəlkə də Azərbaycan-Türk toponimləri zamanla müxtəlif dinlərin qəbulu ilə də formalaşa bilər. Bununla belə, müxtəlif yadelli hakimiyyəti dövründə özləri üçün etnik dayaq nöqtəsi yaratmaq üçün mürtəce köçürmə siyasətinin yeritməkləri nəticəsində yadelli toponimlərin yaranması səbəb oldu.
Türk toponimləri öz qədimliyi ilə də çox fərqlənir. Mən bu məqaləmdə uzun müddət paniranizmin ideoloji və "elmi" təxribatına olduqca sakit və əks olan nəzəriyyələrin söykəndiyi həqiqi elmi faktlara əsaslanmış və etimoloji açıqlamaları özündə əks edir.
Suraxanı-Bu kənd böyük tarixi əhəmiyyəti özündə əks edir.
Sur-a-xanı kimi söz quruluşu var. Sur anlayışı böyük bir tarixi əhəmiyyəti özündə saxlayır.
Bu anlayış bəzi Türk dillərinin tələffüzündə qala mənasını verir. Ərzurum toponimi Ər-Zur-um kimi olduğunu da nəzərə alsaq, Sur/Zur tərkib hissəsi fərqli tələffüzlər də deformasiya olsa da eyni mənanı yəni Qala mənasını verir. Azərbaycanın İkiçayarasında (Mesopotamiyada) olan tarixi ərazisində yerləşən Assuriya və ya Aşşur imperiyası Aş-Şur kimi nəzərə alanda Aş-As-Az və Şur-Sur-Zur kimi sözlərin birləşməsindən yaranmışdır. Aşşur Az qalası mənasında da işlənə bilər. Xanı-Xan əlaqəsi belə olduqca maraq doğurur. Suraxanı yəni Xan Qalası kimi məna verə bilər. Maraqlı sözlərdən birisi də zurna musiqi alətidir. Zurna-Durna-Manna sözləri qədim Türk dillərində də açıqlana bilər. Zur/Dur/Man-na kimi olan söz Zur-Qala na isə Manna sözündə olduğu kimi maraqlı tərkiblərdən biridir. Zur-Qala, Dur-Dayan və Man/Mən-insan, adam və bəşər kimi mənaları açıqlaya bilər.
Balaxanı və Kürdəxanı toponimlərinə göz ataq.
Bala-Kürd-ə/Xanı-Xan Kürd-Kurt-Qurd və xanı-xan olduğundan Bala Xan və Qurd Xan kimi anlamaq olar. Biləcəri və Bələncər Xəzər Xaqanlığı ilə əlaqəli ola bilər. Görədil və yaxud Goranboy toponimləri ilə yanaşı həm də ki, Şamşaddil toponimləri arasında maraqlı bir bağlantının olması boşuna deyil. Gör-Gor, ə-an və dil-boy qarşılaşdırmaları ilə yanaşı dil məkan sonluğu da Dil-İdil (Volqa) çayının hidronimindən yarana bilər.
Pirşahı toponimi qədim Türk sözləri olan Pir-Şah/Şak/Sak-ı kimi tərkibə malikdir. Pir anlayışı qədim Türk inanc sistemində olduqca vacib yer tutur. Və bizdə olan bir alqışa görə "Səni görüm pir olasan." ifadəsinə rast gəlirik. Pir və ocaq anlayışları xüsusi imtiyazı olan və əslində Qam olmuş ailələr isə bu gün fərqli statusa malik olmaları çox maraqlıdır. Şah-Şak-Sak anlayışları da eyni tayfa adlarının fərqli tələffüzüdür. İşquz, skif və sak əslində İç Oğuzların fərqli tələffüzüdür. Maştağa kəndinin adı Maş/Mas/Maz-t-ağa kimi də başa düşmək olar.
Türkan kəndi də qədim Türk dilində səfir şahzadələrə verilən bir təxəllüs idi. Mən bəzi toponimlərin mənalarını açdım. Əslində toponim məsələsinə 2017-ci ildən bu yana toxunuram. Və hər keçən il özümü daha da püxtələşdirməyə çalışıram. Türkçülük ideologiyası elmə də söykənməlidir.
Ceyhun Ərmən Vedili
11:46 / 02 Avqust 2026
1
11:44 / 02 Avqust 2026
6
11:41 / 02 Avqust 2026
17
11:40 / 02 Avqust 2026
26
11:35 / 02 Avqust 2026
34
11:33 / 02 Avqust 2026
38
23:43 / 01 Avqust 2026
180
22:48 / 01 Avqust 2026
123
22:29 / 01 Avqust 2026
228
22:18 / 01 Avqust 2026
3791
21:09 / 01 Avqust 2026
126
19:51 / 01 Avqust 2026
198
19:04 / 01 Avqust 2026
198
18:34 / 01 Avqust 2026
114
12:59 / 01 Avqust 2026
191
12:45 / 01 Avqust 2026
283
12:43 / 01 Avqust 2026
183
12:37 / 01 Avqust 2026
1184
12:35 / 01 Avqust 2026
522
12:30 / 01 Avqust 2026
120
12:29 / 01 Avqust 2026
605
12:21 / 01 Avqust 2026
614
12:15 / 01 Avqust 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.